Maddə 273. Elektron-hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma
273.1.EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərəfindən EHM-in, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yuz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşması ilə cəzalandırılır.
273.2.Eyni əməllər ehtiyyatsızlıqdan ağır nəticələrə səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər bu qayda admin tərəfindən pozulubsa ona da aiddir və oda cəza çəkməlidir. Mənbəni qeyd etməmişəm məncə gərək yoxdur qeyd etməyə Azərbaycan Republikası Cinayət Məcəlləsi adlı kitabdan götürmüşəm bu məcəllələri orda yazıldığı kimi.