DDoS çoxlu komputer üzərindən hədəf komputerə hücum edərək hədəf sistemin kimsəyə xidmət verə bilməz hala gəlməsini məqsəd qoyan bir hücum növüdür.
Koordinasiyalı olaraq edilən bu əməliyyat həm hücumun ölçüsünü artırır həm də hücumu edən adamın gizlənməsini təmin edər.Bu əməliyyatları edən
vasitələrə Zombi deyilir. Zombi Kompyuterlərdən edilən hücümlarda hücumu edən şəxsi tapmağ çətinləşir. Çünki hücumu edən şəxs əslində hücuma qatılmaz. Yalnız digər ip nömrələrini yönləndirir. Əgər hücum bir tək ip ünvanından edilsə bir Firewall bunu rahatlıqla əngəlliyə bilir. Lakin hücum daha çox ip ünvanından edilməsi Firewall ın fəaliyyətini dayandırmasına gətirib çıxarar.(Firewallın fəaliyyətini dayandırması logların yaddaşının çoxluğundan yaranır)
Hədəf veb sayta TCP / IP protokolu istifadə edilərək, veb serverin gücünün və yaddaş tutumunun çatmayacağı dərəcədə istəklər göndərilməsi saytın və ya sistemin fəaliyyətini dayandırmasına gətirib çıxarar.
DDoS hücumlarını bir neçə növə ayırsaq;
-TCP SYN Attack
-UDP (User Datagram Protocol)
-ICMP (Internet Control Message Protocol)
-HTTP GET/POST
Örnək olaraq videoda baxabilərsiniz.Sayta çoxlu ipdən fasiləsiz giriş çıxış edildiyindən sayt fəaliyyətini dayandırır...