Salam AA Team bu mövzuda sizlərə "Huawei" markalı cihazlarda Bootloader'in sındırılmasını (Bootloader Unlock) izah etməyə çalışacam.
XƏBƏRDARLIQ! Bu əməliyyatdan sonra cihazın yaddaşında olan məlumat və fayllar tamamilə silinəcək!
Yaranmış problemlərə görə sayt adminstasiyası və müəllif məhsuliyyət daşımır!
► Unlock zamanı lazım olan vasitələr:
• Komputer və ya Notebook
• Hisuite proqramı (Yüklə)
• ADB Run proqramı (Yüklə)
• Micro-USB kabel
• Ən önəmlisi sizin istəyiniz və diqqətiniz!
► Bootloader Unlock kodunun əldə olunması:
• Hər hansı mail hesabımıza daxil oluruq vəmobile@huawei.comadresinə mail yazırıq.
• Serial Number: (cihazın seria nömrəsi batareyanın altında qeyd olunub) XXXXXXXXXXXX
• IMEI: (Cihazın İMEİ nömrəsi batareyanın altında qeyd olunub) XXXXXXXXXXXX
• Product ID: ( Cihazın product id öyrənmək üçün ekranda kodu yığın *#*#1357946#*#* ) XXXXXXXXXXXX
• Model: ( Sizin cihazın modeli ) HUAWEI XXXXXXXXXXXX
► Bu məlumatları dəqiqliklə e-mail mətninə yazırıq vəmobile@huawei.comadresinə göndəririk. Təxminən 10 - 15 dəqiqə sonra ( bəzi hallarda daha çox çəkə bilər ) cavab mesajı alırıq.
Dear Customer,
Thank you for supporting Huawei device.
Your unlock code :XXXXXXXXXXXX ( XXXXXXXXXXXX yerində sizin bootloader kodunuz olacaq),please keeping your unlock code properly. Thank you!
Huawei Terminal Company limited
► Bootloader Unlock prossesinə başlayaq:
1. Huawei cihazınızda USB Debugging modunu aktiv edin.
2. Hisuiteproqramını komputerdə quraşdırın və mobil cihazınızı USB kabellə komputerə birləşdirin sürücülərin (driverlərin) qurulmasını gözləyin daha sonra cihazı komputerdən ayırın.
3. Mobil cihazı söndürün.
4. Cihazda səs azaltma (VOL-) və yandırıb söndürmə (POWER) düyməsini təxminən 10 saniyə basıb saxlayın ekranda Huawei logotipi görünürsə davamlı olaraq bu mərhələyə qədər hər addım uğurlu olub.
5. Mobil cihazı yenidən USB kabellə komputerə birləşdirin.
6. KomputerdəADB Runproqramını başladın.
7. ADB Runproqram interfeysindəManual >> ADBbölməsinə keçin.
8. ADBbölməsində növbəti kodu yazırıqfastboot oem unlock sizin_bootloader_kodunuz
9. sizin_bootloader_kodunuzyerində daha öncə emaillə sizə göndərilən kod olacaq misal üçünfastboot oem unlock 0123456789
10. Əyər kod düzgün daxil edilibsə həmin halda Huawei cihazınız yenidən başlayacaq və avtomatik olaraq formatlanacaq,əks halda isə cihazın ekranında«invalid key»yazısını görəcəksiniz.
11. BununladaHuawei Bootloader Unlockəməliyyatı başa çatır bundan sonra cihazımızda Root səlahiyyəti ala bilərik.
► Mövzu ilə bağlı kimin sualı olsa rəy yazsın zəhmət olmasa mövzudan kənara çıxmayaq.
► Növbəti dərslikdə Root səlahiyyəti alınmasında problem yaşanan Huawei cihazlarında Root prosesini yazacam diqqətiniz üçün təşəkkürlər.
Axtardığım mövzudu çox sağol. Bir sualim var bes Huawei Y320-10 modelinde nece Product İD tapa bilerem? Stock ROMS olmadığına görə olarda kodnan almağ olmur
Sitat#45031ByBars :
Axtardığım mövzudu çox sağol. Bir sualim var bes Huawei Y320-10 modelinde nece Product İD tapa bilerem? Stock ROMS olmadığına görə olarda kodnan almağ olmur
Buyur xoşdur. Supporta yazılacaq mesaj mətnində Product İD əvəzinə Please send me the code directly, i cant View my PRODUCT ID. Huawei Unlock Page can't proceed without PRODUCT ID. yazıb göndər.