Istifadəçi |
2018-02-21 19:13 GMT |
|
|
|
Gold |
|
Mesaj Sayı : 40 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 4 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : |
Ölkə : |
Məslək : Software Development |
Yaş : |
Mesaj : |
|
Salam dostlar, hər vaxtınız xeyir. Bu gün bəzi android və iphone tipli telefonlara məxsus 8 özəllikdən danışacağıq. İMEİ nömrəsi hər bir telefonun “şəxsiyyət vəsiqəsi”di. Bu nömrənin bənzəri yoxdu.
1) *#06# kodunu yığanda İMEİ kodu ekranda görünür. Bu alqoritm iOS və android cihazlarda işə yarayır. Bəs bu nömrəni bilməyin önəmi nədir? Bir gün telefonunuzu itirsəniz, yaxud oğurlasalar bu kod vasitəsilə telefonun mobil axtarış sistemindən çıxarılmasına mane ola bilərsiniz. Beləcə, oğurlayan adam belə telefonun yaddaşındakı məlumatları əldə edə bilmir.
2) #*#*4636#*#* kodu fərqli məqsədlər üçündü. Əgər cihazınıa androiddirsə, bu funksiya ilə vi-fi dalğalarını, enerjinin miqdarını və iş prosesini (CPU işləmini) görmək mümkündü. Bu kodla Motorola markalı telefonlarda gizli menyunu açmaq olur.
3) *33*# kodu da sizə uyğundur. Bəzən hansısa tədbirdə, iclasda, və ya hardasa uyğun olmayan zamanda istəmirsiniz ki, kimsə sizə zəng vursun. *33*# bu anda köməyə gəlir. #33*PİN# kodunu yazaraq telefonunuzun zəng qəbul etməməsini nizamlaya bilərsiniz. Növbəti məlumat androidlər üçündü.
4) Telefonunuzun fabrikdən ilk buraxıldığı anı yoxlamaq istəsəniz *#*# 7780*#*# kodunu yığın. Telefonun yaddaşındakı bütün məlumatlar bircə anda silinəcək. Və bu məlumatlar bir daha geri qayıtmayacaq.
5) *3370# kodu təkcə iPhone`lərdə işə yarayır. EFR adlı bu alqoritm yerinə yetirildikdən sonra telefonunuz daha asan işləyəcək. Tək problem belə halda enerjinin ikiqat artıq sərf edilməsidi.
6) *#*#8351*#*#* kodu androidlərdə işə yarayır. Tutaq ki, kimləsə telefonda danışdınız. Nə danışdığınızı da sonradan unutdunuz. Bu kodla telefonunuzdan ən sonuncu danışığı təkrar dinləmək imkanınız var.
7) *#5005*7672# kodu ilə telefon servisi xidmətinə giriş əldə etmək olur. Hələlik bundan yalnız iPhone istifadəçiləri yararlana bilir. Android istifadəçiləri telefonu keçirməyin necə uzun proses olduğunu bilir.
*3001#12345# kodunu yığmaqla dalğaya qoşulmanın gücünü rəqəmlərlə ölçə bilərsiniz. Məsələn, 1, yaxud 2... Mütəxəssislər deyir ki, -140 dalğaya qoşulmanın ən zəif halıdı. – 40 isə yaxşı göstərici hesab olunur.
Təşəkkürlər.
|
Anti-armenia.ORG |
|