Anti-armenia.ORG - Forumlar - 27 sentyabr - Anım Günü!



Istifadəçi
    2023-09-27 09:36 GMT                 

Pro66



Defacer
Mesaj Sayı : 17
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   9  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!



​27 sentyabr - Anım Günüdür


*rmənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.


Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir."2783", bir ədəd kimi görünə bilər, amma bu ədədin hər bir rəqəmində bir həyat, bir neçə arzu və saysız hesabsız xəyallar var idi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.


Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Anti-armenia.ORG
    

Istifadəçi
    2023-09-27 10:01 GMT                 

T43RIZ



Creative
Mesaj Sayı : 123
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   26  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : anti-armenia.org
Ölkə :
Məslək : Designer
Yaş : 6
Mesaj :

Mövzunu Paylaş!


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinə Uca Tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirik.

Anti-armenia.ORG