Təqvimin 19 oktyabr tarixində Azərbaycanın ilk haker qruplarından biri olan "Anti-armenia Team" qrupunun fəaliyyətə başlamasının 12-ci ildönümü tamamlanmaqdadır.
19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılmış "Anti-armenia Team" qrupu yarandığı gündən əsas hədəfi Azərbaycanın milli maraqlarına zidd olan və ölkəmiz haqqında yanlış fikir formalaşdırmağa çalışan informasiya resurslarına qarşı mübarizə aparmaqdır.
"Anti-armenia Team" bu yaşına haker qrupu üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də kiberhücum əməliyyatları baxımından yüksək nəticələrə qədəm qoymuşdur.
12 illik uğurlu yol qət edən "Anti-armenia Team" qrupu bundan sonra da Azərbaycan və Azərbaycan xalqının milli mənafeyini qoruyacaq, Azərbaycana qarşı əks mövqe sərgiləyən hər bir fərd və ya təşkilatlarla mübarizə aparacaqdır. Çünki, "Anti-armenia Team" qrupunun fəaliyyəti maraq deyil, şərəf məsələsidir.
12 yaşının tamam olması münasibətilə "Anti-armenia Team" qrupunun idarə heyətini və üzvlərini təbrik edir, çətin, lakin şərəfli işdə onlara müvəfəqiyyətlər arzu edirik! 12 yaşınız mübarək!