Anti-armenia.ORG - Forumlar - Kəlbəcərsiz 19 il !!



Istifadəçi
    2012-04-02 19:48 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Kəlbəcər rayonunun işğalından 19 il ötür.

Kəlbəcər rayonunun işğalından 19 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Dağıdılmış mədəni abidələr

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.






Kəlbəcər 2011





AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-02 20:12 GMT                 

Mr.Rafiq



İstifadəçi
Mesaj Sayı : 175
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Naxçıvan
Ölkə :
Məslək : Web Master
Yaş : 27
Mesaj :

Mövzunu Paylaş!


Allah bütün şəhidlərimizə rəhmət eləsin

Anti-armenia.ORG