Istifadəçi |
2012-04-22 16:41 GMT |
|
|
|
Admin |
|
Mesaj Sayı : 1875 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 45 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : Anti-armenia.ORG |
Ölkə : |
Məslək : Programmer & Defacer |
Yaş : 12 |
Mesaj : |
|
"Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov.
İbad Hüseynov — Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, «Azərbaycan Bayrağı» ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri.
Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır.
Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.
Qarabağ müharibəsi
İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, «kəşfiyyat-diversiya dəstəsi» yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.
Monte Melkonyan
Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlir.
Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdur. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Daradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdir.
İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır. Məhz onun tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdir: «Əgər haradasa Avonu görsəniz atəş açmayın, mənə deyin». O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi.
Monte Melkonyanın öldürülməsi
Hüseynovun başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib, onun cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti və sayı haqda məlumat verməyi əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımı məlumat almağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özünlə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır.
İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalavır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: «Məndə sizin üçün suvenir var!» deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır.
Yaralanması
26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28-günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq İbad Hüseynov komadan çıxır və sağlam həyata tam qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.
İbad Hüseynova həsr edilmiş film
2010-cu ildə Bakıda, Azərbaycanfilm studiyasında İbad Hüseynova həsr edilmiş «Əsgər» sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib. Mərasimdə iştirak edən ictimai birlik - «Dağlıq Qarabağın Azərbaycanlı İcması»nın sədri Bayram Səfərov bu sözləri demişdir:
Biz İbad Hüseynov kimi Vətənimizin oğulları qarşısında baş əyməliyik.
"Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov.
Milli Təhlükəsizlik Nazirliyinin Əməkdaşı İbad Hüseynov Haqqında
Mən İbad Hüseynovu Dünyanın 8-ci möcüzəsi adlandırardım. Bizlər Azərbaycan Gəncliyi İbad Hüseynov kimi Qəhrəmanlarımızdan nümunə götürməliyik.
Erməni Terrorçusunu məhv edən, başın bədənindən ayıran İbadın Əllərindən öpürəm!
PS: Sizlərdən artığ dərəcədə xahiş edirəm 1saat vaxt ayırıb yuxarıda verdiyim linklərdən videoları izləyin.
Veb Səhifə: http://www.ibadhuseynov.net
|
Anti-armenia.ORG |
|
Istifadəçi |
2012-04-22 19:59 GMT |
|
|
|
Pr0grammer |
|
Mesaj Sayı : 1677 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 62 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : KARABAKH IS AZERBAIJAN! |
Ölkə : |
Məslək : |
Yaş : |
Mesaj : |
|
Düz 3 dəfədirki bu topikə daxil oluram oxuyuram bu OĞLANIN igidliyi,mərdliyi,qorxmaz olmasını başa düşürəm nəsə yazmaq istəyirəm yaza bilmirəm)Yaxşı mənada.
Halal Olsun Belə Oğullarımıza.Bu Torpaq çox İgidlər -QƏHRƏMANLAR yetişdirib və Yetişdirəcək də
Məhz belə Mərd,Cəsur oğlanların hesabına deyərdimki biz indi sağ salamatıq.Məhz elə İBAD kimi oğlanların hesabına biz indi yaşayırıq.
Öpürəm Belə Oğulların Əllərindən,Üzlərindən! Kaşki sizdə olan qədər HÜNƏR,QORXUSUZLUQ,CƏSURLUQ+VƏTƏNƏ SEVGİ,DÜZGÜNLÜK,MƏRDLİK HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞINDA olaydı.
Fərid belə məsələləri Gündəmə gətirdiyin üçün də Opürəm!
Ən azından əksər "qoy olsun","onun yarısı","roya soyundu","reqsane dogdu!" kimi verlişləri televiziya kanallarımız gündə zır-zır göstərməkdənsə Qoy Elə SƏNDƏN ibrət götürsünlərki MƏHZ belə məsələləri aşılamaq lazımdır MİLLƏTƏ.
Bir daha Çox sağ ol
|
Anti-armenia.ORG |
|
Istifadəçi |
2014-10-26 15:00 GMT |
|
|
|
İstifadəçi |
|
Mesaj Sayı : 455 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 24 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : |
Ölkə : |
Məslək : .................... |
Yaş : 33 |
Mesaj : |
|
En mutlu günlerimizi en kötü kabuslara çevirenleri en tatlı rüyalarından uyandıracağız
|
Anti-armenia.ORG |
|