Anti-armenia.ORG - Forumlar - İbad Hüseynov - Azərbaycan Bayrağı Ordenli döyüşçü



Istifadəçi
    2012-04-22 16:41 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


"Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov.


İbad Hüseynov — Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, «Azərbaycan Bayrağı» ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri.
Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

Qarabağ müharibəsi

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.

Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, «kəşfiyyat-diversiya dəstəsi» yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.

Monte Melkonyan

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlir.

Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdur. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Daradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdir.

İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır. Məhz onun tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdir: «Əgər haradasa Avonu görsəniz atəş açmayın, mənə deyin». O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi.

Monte Melkonyanın öldürülməsi

Hüseynovun başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib, onun cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti və sayı haqda məlumat verməyi əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımı məlumat almağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özünlə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır.

İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalavır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: «Məndə sizin üçün suvenir var!» deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır.

Yaralanması

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28-günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq İbad Hüseynov komadan çıxır və sağlam həyata tam qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.

İbad Hüseynova həsr edilmiş film

2010-cu ildə Bakıda, Azərbaycanfilm studiyasında İbad Hüseynova həsr edilmiş «Əsgər» sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib. Mərasimdə iştirak edən ictimai birlik - «Dağlıq Qarabağın Azərbaycanlı İcması»nın sədri Bayram Səfərov bu sözləri demişdir:
Biz İbad Hüseynov kimi Vətənimizin oğulları qarşısında baş əyməliyik.



http://s019.radikal.ru/i637/1204/90/6d331485e35b.jpg

http://s019.radikal.ru/i621/1204/27/c31e7700a6f9.jpg

http://s005.radikal.ru/i212/1008/ee/4395b179b866.jpg

http://s41.radikal.ru/i094/1008/46/98bcc74cbe49.jpg

http://i070.radikal.ru/1008/b5/6a2be75af58c.jpg

http://i074.radikal.ru/1008/0c/de133457f94e.jpg

http://s04.radikal.ru/i177/1008/49/986b31976e88.jpg


"Azərbaycan Bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov.









Milli Təhlükəsizlik Nazirliyinin Əməkdaşı İbad Hüseynov Haqqında







Mən İbad Hüseynovu Dünyanın 8-ci möcüzəsi adlandırardım. Bizlər Azərbaycan Gəncliyi İbad Hüseynov kimi Qəhrəmanlarımızdan nümunə götürməliyik.
Erməni Terrorçusunu məhv edən, başın bədənindən ayıran İbadın Əllərindən öpürəm!


PS: Sizlərdən artığ dərəcədə xahiş edirəm 1saat vaxt ayırıb yuxarıda verdiyim linklərdən videoları izləyin.

Veb Səhifə: http://www.ibadhuseynov.net

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-22 17:20 GMT                 

CwGhost



VIP
Mesaj Sayı : 160
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   4  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək : CwGhost
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


təşəkkürlər Fərid, qəhrəmanlarımızla bağlı belə videolar paylaşdığına görə, Allah bütün şəhidlərimizin qəhrəmanlarımızın yerini cənnət etsin, AMİN

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-22 18:32 GMT                 

AttackerW0rm



İstifadəçi
Mesaj Sayı : 112
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   4  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Belə İgidlərimiz Qəhrəmanlarımız Ulu Azərbaycanımızın Fəxr Medalıdır. Allah bütün Şəhidlərimizin, Vətən torpağı uğrunda ölümü bir stəkan su içmək kimi vecinə almayıb sinəsini qabağa verən Qəhrəmanlarımızı VətənPərvərlərimizin yerini Cənnət Etsin ailələri ağlamalı yox Vətənə belə övlad yetişdirdikləri üçün fəxr edib üzlərindən gülüş əksiy olmasın. Fərid sənidə bir VətənPərvər övlad olub bizimlə bunları paylaşdığın üçün alqışlayıram. Təşəkkür edirəm.

Respect to aLL musLumanZz & bLackHatZz

Aa Team // AttackerW0rm
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-22 19:59 GMT                 

BlackMinD



Pr0grammer
Mesaj Sayı : 1677
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   62  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : KARABAKH IS AZERBAIJAN!
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Düz 3 dəfədirki bu topikə daxil oluram oxuyuram bu OĞLANIN igidliyi,mərdliyi,qorxmaz olmasını başa düşürəm nəsə yazmaq istəyirəm yaza bilmirəm)Yaxşı mənada.
Halal Olsun Belə Oğullarımıza.Bu Torpaq çox İgidlər -QƏHRƏMANLAR yetişdirib və Yetişdirəcək də
Məhz belə Mərd,Cəsur oğlanların hesabına deyərdimki biz indi sağ salamatıq.Məhz elə İBAD kimi oğlanların hesabına biz indi yaşayırıq.
Öpürəm Belə Oğulların Əllərindən,Üzlərindən! Kaşki sizdə olan qədər HÜNƏR,QORXUSUZLUQ,CƏSURLUQ+VƏTƏNƏ SEVGİ,DÜZGÜNLÜK,MƏRDLİK HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞINDA olaydı.

Fərid belə məsələləri Gündəmə gətirdiyin üçün də Opürəm!
Ən azından əksər "qoy olsun","onun yarısı","roya soyundu","reqsane dogdu!" kimi verlişləri televiziya kanallarımız gündə zır-zır göstərməkdənsə Qoy Elə SƏNDƏN ibrət götürsünlərki MƏHZ belə məsələləri aşılamaq lazımdır MİLLƏTƏ.
Bir daha Çox sağ ol

Ana VƏTƏN!
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-23 09:18 GMT                 

Leroy



Security
Mesaj Sayı : 362
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   6  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Halal Olsun qardaşımıza. Deyiləcəy söz çoxdu ancaq ki o sözlərdən belə yuxarıya layiqdi Qardaşımız. Doğurdan da igidliy və mərdliyin ən yüksək pilləsinə çatmış bir insana hər 1 tərif az gələr .. ALLAH belə insanlardan daha çox qismət etsin İnsşALLAH bizə.

No Pain , No Gain !
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-23 14:52 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


BlackMinD , AttackerW0rm , Leroy Dəyərli fikirləriniz üçün çox sağolun!
Məndə sözün əsl mənasında bu insan haqqında yaxşı mənada deməyə söz tapa bilmirəm.
İbad Hüseynov erməni Terrorçusunu məhv etməklə təkcə Azərbaycanı, Türk dünyasını deyil həmdə bütün bəşəriyyəti xilas etmiş oldu.
Allah İBADA ömür versin!!!

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-23 17:15 GMT                 

Avatar Fearless



VIP
Mesaj Sayı : 1299
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   23  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Gävle
Ölkə :
Məslək : Hacker,Defacer,Programmer
Yaş : 26
Mesaj :

Mövzunu Paylaş!


Azərbaycan Belə İgidlərlə Fəxr Edir! Ümidvaramki Bu Cür Qəhrəmanlarımız Azalmaz! BÜTÜN ŞƏHİDLƏRİMİZİ ALLAH RƏHMƏT ELƏSİN!! Fərid Təşəkkürlər Dəyəyrli Məlumatlar üçün

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-24 20:36 GMT                 

Bot



İstifadəçi
Mesaj Sayı : 44
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş : 38
Mesaj :

Mövzunu Paylaş!


Yaşa vətən oğlu! Ermənilər bilirsiz nəyi həzm edə bilmirlər? Azərbaycanın belə oğullarının hər zaman var olduqunu! Dostlar yuxarıda qeyd etdiyi kimi adam söz tapmır deməyə. Fərid sənə də təşəkkürümü bildirirəm ki, bu cür şəxsiyyəti gündəmə gətirirsən.

Nöqtə boyda xeyrinə görə vergül kimi əyilənlər düz xətt kimi tapdalanmağa məhkumdurlar.
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-24 20:49 GMT                 

AziK`



Gold
Mesaj Sayı : 241
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : AziK`
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Allah Rəhmət Eləsin bütün şəhidlərimizə!

Yalan eşitmək istəmirsənsə, sual vermə :)
Anti-armenia.ORG
    

Istifadəçi
    2012-04-27 21:30 GMT                 

M4NY3TIK



Gold
Mesaj Sayı : 606
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   7  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Naxçıvan
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Halal olsun Belə Vətən oğuluna!
Fərid23,
Sənədə Xüsusi Təşəkkürlər.
Tv də gic-gic verlişlər zırrama kimi tökülüb ortalığa
səviyyəsiz verlişlərdir çoxusuda!.
Bir daha təşəkkürlər
Azərbaycan həmişə Belə qəhrəmanlarıyla , igidləriyle Fəxr edəcək!

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG
    

Istifadəçi
    2014-10-26 15:00 GMT                 

PreDaToR



İstifadəçi
Mesaj Sayı : 455
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   24  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : ....................
Yaş : 33
Mesaj :

Mövzunu Paylaş!


insan bu cur qardaşlarla fəxr edir

http://s003.radikal.ru/i201/1502/48/5d4c5862c2f3.jpg
En mutlu günlerimizi en kötü kabuslara çevirenleri en tatlı rüyalarından uyandıracağız
Anti-armenia.ORG