Anti-armenia.ORG - Forumlar - Troyan nədir?



Istifadəçi
    2012-12-07 11:05 GMT                 

Taj+In



İstifadəçi
Mesaj Sayı : 13
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Trojan sözü necə yaranıb?

Trojan sözü Troya atı sözündən götürülüb. Əvvəlcə onu izah edək ki, niyə götürülüb?

B.E.Ə Egey dənizinin sahillərində yerləşən Troya şəhərin kralı olan Priamos’un oğlu Paris, Sparta Kralı Menelaos’un arvadı Helen’i Troyaya qaçırır.Bundan qəzəblənən Menelaos Troyaya müharibə elan edir.Mühraibə 10 ilə qədər davam edir.Amma bir nəticəyə çata bilmirlər.Müharibədən bezən Spartalılar Odysseus adlı bir nəfərin tapdığı hiyləgər planı işə salmağı fikirləşirlər…



Spartalılar taxtadan böyük bir at düzəldirlər. Atın içinə ən yaxşı əsgərlərdən yerləşdirəbildikləri qədər yerləşdirirlər və əlavə olaraq Menelaos da atın içində gizlənir. Atı Troya yaxınlarına çatdırdıqdan sonra atın yanında sadəcə bir əsgər qoyurlar. Bəlkə də ata gizlənməkdən çox bu tək əsgəri qoymaq daha hiyləgərcə idi… Əsgər düşmənlərə yaxınlaşır və ordunun məğlub olduğunu bilərək qaçdığını, özünü də Troyalılara qurban olaraq göndərdiklərini deyir. Troyalılar buna çox sevinir və atı içəri alır.”Qələbə Troyalılarındır!Düşmən onlardan qaçıb!”Və Troyalılar bunu qeyd etmək üçün ziyafət hazırlayır. Gecəyə kimi hamı içir. Yeməkdən və içməkdən xeyli zəyif düşən Troyalılar Atdan çıxan düşmən ordusunu görəcək çaşırlar.Bununla birlikdə artıq digər Spartalılar da Troya sərhədləriə çatıblar. Atdan düşən ordu qapıları açır və bütün ordu şəhərə daxil olur. Troya beləliklə tutulur.


Təhlükələr nələrdir?

Trojan virusunu hazırlayan da yuxarıda danışdığımız Menelaos kimi hiyləgər olur. Trojan hazırlamaq elədə asan deyil. Amma öyrənmək istəyən üçün çətin də deyil! Amma əsas məsələ bunu heç kimin xəbəri olmadan kompyuterə ata bilməkdir. Buna görə Virus hazırlayanlar onları çox yaxşı gizlətməyə çalışırlar. Əgər siz bunu hiss eləməsəniz(faylın virus olduğunu) onda böyük ehtimal Antivirusunuz onu Tutacaq(Əgər yaxşı bir Antivirus istifadə edirsinizsə). Amma virus çox yaxşı gizlədilibsə Antivirusun bundan xəbəri olmaya da bilər. Bu çox böyük bir təhlükədir! Buna görə ilk öncə siz ehtiyat etməlisiniz. Etibar etmədiyiniz faylları yükləməməli, açmamalısınız!

Xakerlər belə virusları çox vaxt sizin çox axtardığınız şeylərin içinə yerləşdirir. Ola bilsin ki pullu bir alətdir və siz onu il*legal yol ilə əldə etmək istəyirsiniz.Əgər siz etbiar etmədiyiniz(Əgər belə fayllar yayımlayırsa….deməli etibar etmək çətin məsələdi) yerdən faylı yükləyib açsanız bu sizə çox baha başa gələr. Və ya daha çox oyunlar üçün yaradılan fake(saxta) cheatlər(çitlər) in içinə trojan qoyurlar. Siz onu həvəslə yükləyirsiniz və açdıqda ola bilsin ki Antivirus alarm versin(verməsə vəziyyət daha da pisdir) və siz onu açmaqdan imtina edəsiniz.Amma çiti paylaşan yazır ki “Antivirus çitdir deyə icazə vermir…Antivirusu bağlayıb yoxlayın”. Belə şeylərə aldanmamaq lazımdır. Kim ki Antivirusu bağla deyir ondan ehtiyat edin! Bu mənim sizə tövsiyəmdir.

Bu virus çox təhlükəlidir!Bu virus ilə xaker sizi anba an izləyə, hər hərəkətinizi görə və istədiyi vaxt müdaxilə edə bilər! Sizin kompyuterinizdən özününki kimi istifadə edə bilər. Bu virusu bəlkə də ən təhlükəli hesab etmək olar!

Mən bundan necə qoruna bilərəm?

Qeyd etdiyim kimi bu bir virusdur və Anti Virusların nəzərindən qaçmayıb. Anti Viruslar bunları sorğu sualsız silir və ya xəbərdarlıq edir. Avast, Kaspersky, Norton, Comodo və s. kimi tanınmış AntiViruslar görür. Bundan əlavə Trojanı silmək üçün bir sıra proqramlar var. Bunları da sizlərlə paylaşacam. Yox əgər saytda Trojan skripti varsa onda sizə Veb Brauzer xəbərdarlıq edəcək. Əgər AntiVirusunuz güclüdürsə o da tutacaq. Bununla yanaşı siz həmin saytın adını Google-də yazsaz aşağıda sizə xəbərdarlıq gələcək: Bu sayt sizin komyuterinizə zərər verə bilər.
Şübhələndiyiniz saytları, faylları Virustotal kimi "Online Antivirus" larda yoxlayın...

Yazı öz saytımda vaxtı ilə yazdığım yazıdır.İndi burada da paylaşmaq istədim...buyurun...

Anti-armenia.ORG
    

Istifadəçi
    2012-12-14 13:18 GMT                 

ymfo



Banned
Mesaj Sayı : 32
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş : 32
Mesaj :

Mövzunu Paylaş!


Çox sağol maraqlıdı..

Anti-armenia.ORG
    

Istifadəçi
    2012-12-14 14:52 GMT                 

Avatar Fearless



VIP
Mesaj Sayı : 1299
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   23  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Gävle
Ölkə :
Məslək : Hacker,Defacer,Programmer
Yaş : 26
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG