Anti-armenia.ORG - Forumlar - Qaydalar!



Istifadəçi
    2011-11-13 12:41 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


1.Şərtlər
1.1. Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına zidd hər hansı bir məlumatı yaymaq, ona istinad etmək qəti qadağandır.

1.1.1 Doğma Vətənimiz,Qanımız,Canımız olan Azərbaycan Respublikasına məxsus istənilən informasiya resursuna(GSM operator/sayt/server/ və s kimi istənilən internet resursu nəzərdə tutulur) qarşı hər hansı təhdid/müdaxilə və ya ona cəhd etmək qəti qadağandır.
Bu qayda (1.1.1) eynilə Türkiyəyə məxsus istənilən informasiya resursuna da şamil edilir!

1.1.1.1.1 Forumda oyun/cheat/hər hansı oyuna müdaxilə/ümumiyyətlə oyun(-larla) bağlı istənilən mövzu qadağandır.Bura Hacking saytıdır oyun saytı deyil!


1.2.Azərbaycanın (O cümlədən digər dövlətlərin, millətlərin.Ermənistan istisna olmaqla) dövlət atributlarına,bayrağına zidd olan hər hansı məlumatı yaymağa cəhd edən istifadəçi dərhal və heç bir xəbərdarlıq edilmədən sayt rəhbərliyi tərəfindən uzaqlaşdırılacaqdır.

1.3.Saytın (fərqsiz) hər hansı bir bölməsində söyüş, alçaldıcı və təhqiramiz sözlərdən istifadə etmək qətiyyən yolverilməzdir və bu halda sözügedən sözlərdən istifadə edən istifadəçi heç bir xəbərdarlıqsız saytdan uzaqlaşdırılacaqdır.

1.4.ANTI-ARMENIA.ORG-ın istifadəçisi yerləşdirdiyi xəbərin (daxilində mümkün ola biləcək mətn,şəkil, video və digər multimedia vasitələrinin) məzmununa görə məsuliyyət daşıyır.

1.4.1.Pornoqrafik, şoubiznez,siyasət ,əyləncə,alçaldıcı,azdırıcı və bunlara bənzər digər məzmunda xəbərlərdən istifadə qətiyyən yolverilməzdir və aşkar olunduğu halda silinməklə yanaşı xəbəri yükləyən istifadəçi də saytdan uzaqlaşdırılacaqdır.

1.5.ANTI-ARMENIA.ORG-xəbərlərindən istifadə edilən zaman xəbərin mənbəyini qeyd etməli və eyni zamanda ANTI-ARMENIA.ORG saytına mənbəyi başqa bir sayta aid olan xəbərin yüklənilməsi zaman mənbə olan saytın bu barədə bütün şərtlərinə uyğun hərəkət edilməlidir.

1.6.Sayt rəhbərliyi istifadəçinin etdiyi heç bir yanlışlığ(lar)a görə məsuliyyət daşımır.

1.7. AZ domaini və yaxud gov.az , edu.az və s. saytlara hücüm etmək və ya hücum etməyə cəht göstərmək (saytın fəaliyyətinə mane olmaq) QƏTİ QADAĞANDIR! Əgər bu hal baş verərsə o zaman həmin şəxs və ya şəxslərin məlumatları lazım gələrsə hüquq-mühafizə orqanlarına vəya həmin saytın adminlərinə təqdim ediləcəkdir və həmin şəxs(lər) saytdan uzaqlaşdırılacaqdır.

2.Sayt rəhbərliyinin Hüquqları

2.1. Saytımızda qeydiyyatdan keçərkən istifadəçinin təsdiq etdiyi müqavilə şərtləri (istifadəçi tərəfindən) pozulduğu halda sayt rəhbərliyi heç bir xəbərdarlıq etmədən istifadəçini saytdan uzaqlaşdırmaq hüququna malikdir.

2.2.Sayt rəhbərliyi qaydalara, müqavilənin şərtlərinə və əlavələrinə dəyişiklik etmək hüququna malikdir. Dəyişdirilmiş qaydalar saytın "Qaydalar" bölməsində yazılacaqdır.

2.3.Sayt rəhbərliyi istifadəçiyə verilən statusdan (vəzifədən) suiistifadə edildiyi halda sözügedən subyekti uzaqlaşdırmaq hüququna malikdir.

2.4.Sayt rəhbərliyi saytda yazılmış (yüklənmiş) istənilən qanunsuz məzmunlu xəbər, rəy və s. məlumatları heç bir xəbərdarlıqsız silmək hüququna malikdir.

3.İstifadəçinin hüquqları

3.1.İstifadəçiyə qarşı edilən hər hansı haqsızlıq (xoşagəlməz hərəkət) olduğu halda sayt rəhbərliyinə müraciət olunmalıdır.

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Mövzu kilidlənmişdir və mövzuya cavab yaza bilməzsiniz.