Salam dostlar. Mənə facebookda tanımadıgım adam 3 şəkil göndərmişdi. Qəbul etdim. Şəkilləri açanada kompa nəsə oldu. Elə bil zəif işləyirdi DDoS gedirdi kompa. sonra şəklə baxdım. Səhv eləmirəmsə .exe formasında şəkli .jpg eliyib göndərib. Antivirusla(Microsoft Security Essentials) nə qədər axtardım 2 dənəsini tapdı. Bu gün də birini tapdı. Bir sualım var bu virus kompda qalmaz ki? Yəni ola bilər kompa DDos gedilsin. Mən hansısa qovluga girib və ya hansısa programla bu virusu kökündən silə bilərəm? Bu arada dünəndən kompda axtarış verəndə bu virusu tapır silir sonra yenidən göstərir:
Worm:Win32/Ainslot.A
Səhv eləmirəmsə Trojandır.
Bilənlərdən xaiş edirəm kömək eləsin.
Qardaşım sənə məsləhətim. Belədə virusu silməknən tam əmin olmaq olmaz sən ən yaxşısı c diskini də d diskini də farmat elə. Yarımçıq yoxa ikisi də. Antivirusa gəldikdə Avira qoş. Avira.conmdan yüklə. Onun Freesini yükləsən bəsdi. Bir də ki nəsə yüklüyəndə çalış Oracle Virtual Boxu qoşub yüklə.
Proqram təminatınnan əlavə sənin özündən də çox şey asılıdır. Lisenziyası olmuyan proqramlardan qaç. Yox əgər yükləməlisənsə virustotal a qoy.
Çox sağ ol, mənim belə şeylərdən o qədər də anlayışım olmadıgı üçün aldanmışam. Komputerdə isə o qədər lazımlı fayl var ki, format eləsəm bilmirəm faylları hara atacam. Həmdə 2 aydı format elətmişdim. Yenə də çox sağ ol. Öz səhvimin ucbatından belə oldu.
Çox sağ ol qaqa. Bir də bir şey deyim. Mən şəkilləri açanda şəkillər açılmadı. Sonra isə yoxa çıxdı.Yəni mən silirdim silinmirdi. Sonra öz-özünə yoxa çıxdı. Dedim yəgin silmişəm. Korzinaya baxdım yox idi orda. Amma komp hələ də dona-dona gedirdi. Antivirusla bir az təmizlik işləri edəndən sonra azca düzəlib.
Trojan:Win32/SystemHijack.gen
Bu da yeni virus. Kimdirsə mənə yaxşı trojan yedizdirmək istəyib. Trojanları silən bir program var qaqa?
Mənə şəkil göndərdi 3 dənə. Mən şəkilləri açanda şəkillər açmadı. Mən də virus oldugunu bilib silmək istədim. Amma nə qədər delete elədim silinmədi. Bir az sonra gördüm öz-özünə silindi amma zibil qutusuna düşməmişdi. Antivirusla yoxladım ki, bəlkə antivirus silə. Şəkillərin 2sini dünən sildi, birini də bu gün tapıb sildi antivirus. İndi isə Trojan:Win32/SystemHijack.gen virusu tapdı antivirus. Onu da sildim. Kim idisə mənə trojan yedizdirmək istəyib.
Ehtiyatsızlıqın sonu buna gətirib çıxarır.
Sadəcə maraq üçün qəbul etmişdim, tanımadıgım adam idi.