Anti-armenia.ORG - Forumlar - Bugün Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür



Istifadəçi
    2013-06-15 20:41 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.


https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/1013432_583593651661905_1064137285_n.jpg


Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirmişdir.

1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı.1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.

Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çingiz Mustafayev adına fond fəaliyyət göstərir.

Allah rəhmət etsin!

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2013-06-15 20:43 GMT                 

M4NY3T!K



Gold
Mesaj Sayı : 606
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   7  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Naxçıvan
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


ALLAH RƏHMƏT ELƏSİN !

ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ !

Mövzu üçün Çox Sağol...

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG
    

Istifadəçi
    2013-06-16 08:48 GMT                 

s3n4n



VIP
Mesaj Sayı : 58
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


ALLAH RƏHMƏT ELƏSİN !

Anti-armenia.ORG