KİMM Kiber Müdafiə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzaladı.
Azərbaycan kiber hücumlara qarşı daha effektiv bir şəkildə mübarizə aparmaq üçün əlaqələrini genişləndirir. ANS PRESS Azərbaycan Respublikası Dövlət Orqanları üçün Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Yaponiyanın Kiber Müdafiə İnstitutu (Cyber Defence) ilə kompüter insidentləri ilə mübarizə, elmi, texniki və praktiki təcrübələrin mübadiləsi məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb.