Anti-armenia.ORG - Forumlar - Əla gəlir gətirən kabelle server qurmaq qaydası



Istifadəçi
    2014-03-03 11:43 GMT                 

Sheyx



İstifadəçi
Mesaj Sayı : 166
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   5  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Vice City
Ölkə :
Məslək : Officer ***
Yaş : 10
Mesaj :

Mövzunu Paylaş!


Şəbəkə qurulması gəlir gətirən sahələrdən biridir. Əgər siz nufuzlu bir şirkətin şəbəkəsini qurursuzsa minimal qazancınız 1000 manat olacağ. Bir işdə var ki minimal komputer sayıda 500 olacaq

A) Şəbəkə kabelinin vurulması

Lazım olanlar :
Üç vəya daha çox sayda komputer varsa hub ( dəyəri keyfiyyətindən asılı olaraq 20 manat və daha yuxarısı)
Yetərli sayda və uzunluqda kabel (1 metr dəyəri 20-40 qəpik arası)
Şəbəkə vurmaq üçün alət (dəyəri təxminən 8-10 manat arası)
Hər kabel üçün iki ədəd başlıq ( 1 ədəd başlıq dəyəri 10-20 qəpik arası)

Yuxarıda göstərilənlər təmin olunduqdan sonra alınan kabelləri şəbəkə sistemi üçün hazırlamalısınız. Bunu iki şəkildə edə bilərsiniz. Əgər şəbəkəni iki komputer arasında quracaqsınızsa sizə HUB lazım deyil amma şəbəkə kabelini xüsusi formada vurmalısınız. HUB olan şəbəkə sistemi üçün isə başqa növ vuracaqsınız. Normal şəbəkə kabelində 8 ədəd sim var bunların rəngləri aşağıdakı kimidir
1. Ağ-sarı
2. Ağ-yaşıl
3. Ağ-göy
4. Ağ-qəhvəyi
5. Sarı
6. Yaşıl
7. Göy
8. Qəhvəyi
HUB olmadan iki kompüter arasında şəbəkə üçün kabelin vuruluşu zamanı başlığın ilişən hissəsi aşağı , düz hissəsi yuxarı olmaq şərti ilə kabelin üstündəki qoruyucu qatı aşağıdakı simləri zədələməmək şərti ilə kəsib götürün və simləri aşağıdakı ardıcıllıqla yanyana gətirib başlığa daxil edin.
1. Ağ-yaşıl
2. Yaşıl
3. Ağ-sarı
4. Göy
5. Ağ-göy
6. Sarı
7. Ağ-qəhvəyi
8. Qəhvəyi
Yuxarıdakı ardıcıllığı qorumaq şərti ilə simləri başlığa saldıqdan sonra çalışın simlərin ucun başlığın sonuna qədər gedib çatsın. Başlığın möhkəm dayanması üçün kabelin qoruyucu qatını mümkün olduğu qədər başlığa salın. Hər şeyin yerində olduğuna əmin olduqdan sonra ehtiyyatla başlığı şəbəkə kabeli vurmaq üçün alətə yəni xüsusi kəlbətinə salın və kəlbətini sıxın.
Kabelin ikinci tərəfini vurmaq üçün eyni metod tətbiq olunur ancaq başlığa girəcək rəngli simlərin ardıcıllığı dəyişərək aşağıdakı kimi olur.
1. Sarı
2. Ağ-sarı
3. Ağ-yaşıl
4. Göy
5. Ağ-göy
6. Yaşıl
7. Ağ-qəhvəyi
8. Qəhvəyi

Kabelin ikinci tərəfi yuxarıdakı ardıcıllıqla başlığa daxil edildikdən sonra müvafiq qaydada vurulur.
Hub ilə yaradılacaq şəbəkə sistemi üçün rəng ardıcıllıqlarından başqa bütün proseduralar eynidir. Hub ilə yardılan şəbəkə sistemində kabelin hər iki ucu eyni ardıcıllıqla aşağıdakı formada vurulur
1. Ağ-sarı
2. Sarı
3. Ağ-yaşıl
4. Ağ-göy
5. Göy
6. Yaşıl
7. Ağ-qəhvəyi
8. Qəhvəyi


B) Şəbəkənin proqramlaşdırılması

Əgər şəbəkə kartınız vardırsa və driver-i (drayver) sisteminizə yüklənibsə Desktop-da ( Türkçə masaüstü , rusca Rabociy stol) My Network Places –in üzərinə gətirib sağ tıqlayın açılan menüdən Properties seçin açılacaq pəncərədə Local Area Connection sözü vəya bu sözün müvafiq dildə tərcüməsini görəcəksiniz. Local Area Connection üzərinə gətirib sağ tıqlayın Properties seçin. Yeni bir pəncərə açılacaq. Açılacaq pəncərədə Client for Microsoft Networks –un qarşısındakı işarəni qaldırsanız kompüter şəbəkədə gizli olacaq yəni şəbəkədə olan digər kompüterlərdən kompüterə giriş mümkün olmayacaq. Bu seçimi şəbəkədəki hücumlardan qorunmaq üçün istifadə edə bilərsiniz.
File and Printer Sharing for Microsoft Networks – un qarşısındakı işarəni qaldırsanız şəbəkədə fayl və printer mübadiləsini öz kompüterinizdə passivləşdirəcəksiniz . Bu sizing komputerdə olan məlumatların heç bir kəslə paylaşılmadığı mənasına gəlir.

Ən önəmli bölmə İnternet Protocol (TCP/İP)
Bu bölməni seçib Properties düyməsinə vurursunuz açılacaq pəncərədə Əgər Obtain İP address automatically seçilibdirsə siz seçimi Use the following İP address seçin İP adresi ( İP address) yerinə 192.168.0.1 (Əsas kompüter üçün)(Başqasida olar) yazın . Digər kompüterlər üçün 192.168.0.2 ilə 192.168.0.255 arası bir dəyər daxil edin . Daxil ediləcək ip adreslərinin başqa bir komputerə vermədiyinizdən əmin olun.
Subnet mask yerinə 255.255.255.0 yazın (adətən siçan ilə üzərinə klikləyən kimi avtomatik olaraq dəyər özü yazılır)
Default gateway yerinə əgər əsas komputerdirsə heçnə yazmırsız. Digər komputerlər üçün isə bu yerə Əsas komputerin ip adresini yazırsız yəni 192.168.0.1

DNS yerinə bütün kompüterlərdə əsas kompüterin ip adresni yəni 192.168.0.1 dəyərini yaza bilərsiniz. Əgər bilirsinizsə bu yerə internet provayderinizin DNS adresini də yaza bilərsiniz.

OK dedikdən sonra artıq komputeriniz şəbəkənin bir üzvü olacaq.





C) Şəbəkədə olan komputerləri açmaq
Desktop-da siçanı My Computer üzərinə gətirirsiniz və sağ tıqlayırsınız açılan pəncərədən Properties seçirsiniz Computer Name bölməsinə gedib Change düyməsinə vurursunuz açılan pəncərədən siz kompüterin sizə verdiyi uzun və mənasın komputer adının əvəzinə özünüzə uyğun bir ad seçə bilərsiniz. Workgroup yerindən isə siz komputerinizin şəbəkədəki olduğu qrupu təyin edirsiniz.
Komputerləri adlandırdıqdan sonra şəbəkəyə qoşulu olan istədiyiniz komputerə daxil olmaq üçün İnternet Explorer –I açıb adres çubuğuna \\komputeradını vəya \\komputerip-sini yazaraq müvafiq komputerə daxil olursunuz. Sheyx adlı komputerin (tutalım ki ip adresi 192.168.0.22 olsun) C: sürücüsünə daxil olmaq üçün \\sheyx\C$ yazmağınız kifayətdir. Müvafiq olaraq D: sürücüsünə daxil olmaq üçün \\sheyx\D$ vəya \\192.168.0.22\d$ yaza bilərsiniz. Windows qovluğuna daxil olmaq üçün isə \\sheyx\Admin$ yazmağınız kifayətdir.



Üzrlər internetim zəif olduğu üçün(64 kbs) fotolar yerləşdirə bilmədim. Amma hər şeyi aydın yazmışam +rep

Anti-armenia.ORG
    

Istifadəçi
    2014-03-03 12:38 GMT                 

AZE.HacK



Gold
Mesaj Sayı : 244
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   6  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Designer
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Əməyə Hörmət.
Axod yoxdu oxumağa

Benim arkadaşlarım benim zaafımdır. Kim benim zaafıma dokunursa onu parçalarım!
Anti-armenia.ORG
    

Istifadəçi
    2014-03-03 12:49 GMT                 

*MeGas*



İstifadəçi
Mesaj Sayı : 1
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Bakı
Ölkə :
Məslək : Webmaster
Yaş : 27
Mesaj :

Mövzunu Paylaş!


Çox sağol

Anti-armenia.ORG
    

Istifadəçi
    2014-03-04 19:26 GMT                 

Sheyx



İstifadəçi
Mesaj Sayı : 166
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   5  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Vice City
Ölkə :
Məslək : Officer ***
Yaş : 10
Mesaj :

Mövzunu Paylaş!


Buyurun və çalışın ki istifadə edəsiz

Anti-armenia.ORG
    

Istifadəçi
    2014-06-30 21:21 GMT                 

Cahangir25



Informatix
Mesaj Sayı : 1142
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   91  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : PHP
Ölkə :
Məslək : Front-end Web Developer
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Əməyə hörmət

AZERBAIJAN!!! FUCK armenia!!!
Anti-armenia.ORG
    

Istifadəçi
    2014-07-01 05:28 GMT                 

Az-lezgin



İstifadəçi
Mesaj Sayı : 370
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   3  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : ddos attacker
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər. Nə vaxtsa şəbəkə qursam axıra qədər oxuyaram

Çiynində 2 ulduzu olan insan özüvə cox güvənmə, başııvı qaldır göyə bax gör tanrının nə qədər ulduzu var!

http://s002.radikal.ru/i197/1102/07/d9fe68104c2b.gif
Anti-armenia.ORG