[URL=http://www.radikal.ru][IMG]http://s019.radikal.ru/i611/1405/dd/6ae16a2e6050.jpg[/IMG][/URL] Ubisoft Far Cry 4′ün bu il çıxacağını rəsmən təsdiqlədi. Qeyd edək ki, oyun PS3, PS4, Xbox 360, Xbox One və PC platformalarında, noyabrın 18-i şimali Amerikada, noyabrın 20-si isə Avropada satışa çıxarılacaq. Oyunun yeni bölümündə hadisələr Himalay dağlarında xəyali bir yer olan Kyrat’da keçəcək. Oyundakı əsas rəqibimiz özünü kral elan etmiş bir hakimə qarşı olacaq. Ubisoft Montreal’ın icraçı prodüseri Dan Hay oyunun hazırlanmasına başçılıq edir və o fanatların gözlədiyindən də maraqlı və həyəcanlı bir oyun təqdim etmək fikrindədir. İyundakı E3 konfransına qədər bundan daha artıq məlumat alına bilməsə də artıq oyunçulara məlumdur ki, oyunda bir çox yeni silahlar, heyvanlar, nəqliyyat vasitələri və s. olacaq. Oyunu önsifariş edənlər oyunun Limited Edition versiyasının sahibi olacaqlar. Limited Edition’da Far Cry 3-dən yaxşı tanıdığımız Hurk’un DLC’si olacaq və biz onun vasitəsilə misiyaları tamamlayacağıq.
Xəbər gamesap saytından alınmadır