Salam AA Team əhli. Bir başa mövzuya girim. Kompyuterə oyun yüklədikdən sonra o oyunu flashkart vasitəsi ilə başqa kompyuterə köçürtmək istəyirdim. Setup və digər faylları flash karta atdığım zaman 2 fayl (.bin faylları) flashkarta köçmədi. Faylların adı Setup-1b.bin və Setup-2b.bin. Bu problemlə əvvəldə qarşılaşmışdım. Amma o vaxtda həll edə bilmədim. Problemi həll edə bilən varsa zəhmət deyilsə kömək etsin. Sağolun.
Problemin səbəbi ondadır ki, FAT32 standarta format edilən flaşkalar 4 GB-dan artıq məlumat götürmür. Flaşkanın razmeri 16 olmasın lap 100 olsun
Flaşkanı yenidən format etməlisən. Bu dəfə format edəndə fayl sistemini NTFS seç