Istifadəçi |
2014-06-03 14:20 GMT |
|
|
|
VIP |
|
Mesaj Sayı : 525 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 26 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : Baku |
Ölkə : |
Məslək : Android/ios hacking |
Yaş : 26 |
Mesaj : |
|
[URL=http://www.radikal.ru][IMG]http://s006.radikal.ru/i213/1406/86/184b94cd0a46.jpg[/IMG][/URL]
Dünən, bildiyiniz kimi WWDC 2014 konfransı keçirilmişdi. Bu konfransda, Apple şirkəti OS X Yosemite, iOS 8 əməliyyat sistemlərini təqdim etdi. Sizə, iOS 8 ƏS’də yenilik dedikləri bir çox funksiyaların, əsasən də Top 10 funksiyanın, Android ƏS’də artıq mövcud olmasını göstərəcəyik.
1) Ağıllı mətn / Əlavə klaviatura dəstəyi – iPhone istifadəçiləri, nəhayət ki, öz default klaviaturadan başqa, digər əlavə klaviaturaları da yaza bilər. Bundan başqa, ağıllı mətn funksiyasında, siz yazarkən, ağıllı klaviatura, sizə tez-tez yazmaqda yardım edəcək. Həm də sözləri sürüşdürərək, yaza bilərlər.
Bu innovasiyalı funksiya, artıq Android ƏS’də mövcuddur. İstifadəçilər, kifayət qədər müxtəlif maraqlı klaviatura tətbiqlərini endirə, daha sonra Swype, SwiftKey kimi tətbiqlərlə, sözləri sürüşdürüb yaza, ağıllı mətn sayəsində də, tez-tez, rahat yaza bilirlər, artıq
[URL=http://www.radikal.ru][IMG]http://s51.radikal.ru/i131/1406/c1/727c22cafd72.png[/IMG][/URL]
2) Vidjetlər – iOS 8′də, vidjetlər əlavə olundu. Amma, ana ekrana əlavə etmək olmur. Sadəcə, Notification bölümünə əlavə etmək olar.
Apple nəhayət ki, texnoloji yenilik, innovasiyalı, əsasən də Android istifadəçilərinin bilmədiyi vidjetləri təqdim etdi
[URL=http://www.radikal.ru][IMG]http://s018.radikal.ru/i515/1406/86/4af16fe262ec.png[/IMG][/URL]
3) Xəbərdarlıqlar – Bu funksiya sayəsində, Mesajlaşma tipli tətbiqlərdən mesaj gəldiyi zaman, əvvəlki tək cavab yazmaq üçün tətbiqə daxil olmaq vacib idisə, indi bu funksiya sayəsində notification bölməsindən də yazmaq olar.
Bu funksiya, ilk olaraq Ice Cream Sandwich versiyasında olmuşdur, daha sonra Jelly Bean versiyasında daha da təkmilləşdirilmişdir.
[URL=http://www.radikal.ru][IMG]http://i019.radikal.ru/1406/da/b16b2a8239d6.jpg[/IMG][/URL]
4) Yenilənmiş iMessage – Yenilənmiş, iMessage’da, adi mesajlardan əlavə, şəkil, video, auido fayllar, yerləşdiyiniz məkanı dostlara paylaşmaq, qrup çat kimi funksiyalar əlavə olunmuşdur.
Bu bütün funksiyalar, KitKat versiyasının əsas mesajlaşma tətbiqi sayılan Hangouts tətbiqində artıq mövcuddur
5) Extensions (paylaşma) – Yeniliklərdən biri də, istənilən faylı, mail, mövcud olan tətbiqlərlə paylaşmaq imkanıdır. Amma, bu funksiya, bütün tətbiqlərdə mövcud olmayacaq. Gərək, developerlər, bu funksiyanı öz tətbiqlərinə əlavə etməlidirlər.
Bu funksiya, Android ƏS’də artıq çoxdan mövcuddur. Bu da yenilik deyil..
[URL=http://www.radikal.ru][IMG]http://s018.radikal.ru/i517/1406/89/b93324d5c18d.png[/IMG][/URL]
6) Hey Siri – Bu funksiya sayəsində, telefona toxunmadan səsli asistenti çağırmaq mümkündür. Bunun üçün “Hey Siri” söyləmək kifayətdir.
Bu funksiya eyni ilə, Google Now’dur və burada da səsli asistenti çağırmaq üçün, “Ok, Google” söyləmək mümkündür. Telefona toxunmadan çağırmaq imkanı da, Moto X modelində artıq mövcuddur.
[URL=http://www.radikal.ru][IMG]http://s019.radikal.ru/i607/1406/25/aba10123317c.png[/IMG][/URL]
Family Sharing – Bütün ailənin vahid hesabı olur. Bu hesabla, bütün ailə istifadə edə bilər. Həm də, uşaqların ödənişli tətbiqləri, oyunları almalarına nəzarət etmək imkanı yaranıb. Bu funksiya, Android 4.2 JB versiyasında mövcud idi. Ailə, uşaqlara bəzi tətbiqlərə, Play Store’un istifadəsinə qadağa qoya bilər.
9) Yenilənmiş Safari - Burada, Safari bütün yenilikləri haqqında yox, browser’in əsasən iOS 8 istifadəçiləri üçün önəmli olacaq, browser daxilində tərcümənin aktivləşməsi barədə məlumat verəcəm. Yəni, mətn ingiliscə olduğu zaman, əlavə tətbiqsiz rus dilinə çevirmək imkanı yaranır.
Bu funksiya, web üçün Chrome’dan başqa, Android üçün Chrome tətbiqində belə, artıq mövcuddur.
10) AppStore video əlavəsi – Bundan sonra, developerlər tətbiq və oyunları AppStore’da yayımlayan zaman, şəkillərdən başqa, video da əlavə edə biləcəklər.
Buyurun, (Android istifadəçilərindən başqa) play.google.com ünvanına daxil olun və yeniliyi, siz də hiss edin
P.S. Apple fanları, bu yazını gördükdə aqressiv olmayın. Əslində, iOS 8′də bu funksiyaların mövcud olması yaxşıdır. Çünki, bu funksiyaları necə olmasını, Android istifadəçiləri çox yaxşı bilir. Siz də, artıq yararlana biləcəksiniz. Ən əsas da, heç vaxt da söyləməyin ki, Google və ya Android, Apple və ya iOS’dan oğurlayır və ya bu tipli şeylər. Rəqabət olduğu yerdə, hər zaman inkişaf olacaq..Alınmadır
[f]🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿[/f]
|
Anti-armenia.ORG |
|