Gələcək iPhone 6-nın bir detalı dəyişilməz qala bilər – kamera. Bu günə kimi bütün məlumat onu göstərir ki, yeni model iPhone-larda da 5S-dəki kimi 8MP-lik kameradan istifadə olunacaq. Lakin təzəlikcə aldığımız xəbərlərə görə Apple yeni flaqmanında Sony Exmor IMX220 modulundan istifadə edəcək.
Bu modul yeni iPhone-a 13 MP-lik kamera bəxş edəcək. Modul 1/2,3″ matrix və 1080p video çəkmək funksiyasına malikdir. Müqayisə üçün deyəkki, 5s-də 8MP-lik 1/3,2 matrixli moduldan istifadə olunur.