Əliyev Pərvin Səlahəddin oğlu - Gizir.Biləsuvar rayonu Nərimankənd kəndində ziyalı (müəllim) ailəsində anadan olmuşdur.
Bizim ailənin şərəflə söylədiyi bir söz var--Təki Vətən Sağ olsun.Bu Pərvinin arzusu idi.Onun arzusuna çatdığı üçün təssüflənməyə dəyməz.Bir arzusuda var idi ki Oğlu Riad bala atasının Şəhid olduqdan sonra döşünə şərəflə şərəf ordenini fəxarət hissi ilə taxsın.Sağlıgındada mütəmadi olaraq oğluna bunları təbliğ edirdi.Oglu və ailəsi Pərvinin şəhid olacağı günün çox uzaqda olmadığını bilirdi.Biz hamımız özümüzü bu günə hazırlamışdıq.Bir söz deyim --- Pərvin mütəmadi olaraq döyüş bölgəsində olurdu,onun öldürdüyü Ermənilərin sayın (özü dediyinə istinadən) itirmişdi.Pərvin deyirdi ki, mən Mübarizin qisasını almışam hətta özüm şəhid olacağım gunə qədər özümün belə qisasını almışam.
Məlumat üçün bunuda bildirim ki , onu öz hərbi hissəsindən nümunəvi xidmətinə görə Müdafiə Nazirliyinə işə götürmüşdülər.Lakin yeni vəzifəsində sadəcə 3 ay dözə bildi,sonra öz ərizəsinə əsasən hərbi hissəsinə qaytarılmasını,onun yerinin ön cəbhə oldugunu tekidlə tələb etmişdir.Bir neçə ərizədən sonra Ərizəsinə baxılmadığını görəndən sonra axrıncı ərizəsində belə qeyd etmişdir ----- Şəhid Pərvin Səlahəddin oğlu Əliyev terefindən ƏRİZƏ ----- Fəxr edirəm ki Pərvin kimi qaynım olub və mən onunla əl görüşmək şərəfinə sağlığında laiq olmuşam. — Pərvin Əliyev Səlahəddin oğlu ilə.