Erməni ordusunun helikopteri ordumuz tərəfindən vurulandan sonra Ermənistan prezidenti Serj Sərkisyan təcili Qarabağa yola düşüb.
Ermənistan rəhbərliyi işğal altında olan Qarabağa adətən həmişə helikopterlə gəldiyi halda bu gün Azərbaycan tərəfinin Dağlıq Qarabağın səmasında uçan obyektlərin vurulacağını elan etməsindən sonra Sərkisyan qorxusundan Xankəndinə maşınla gəlməyi qərara alıb.
Ziyafət Əsgərov erməni prezidentinin bu hərəkətini qorxaqlıq adlandırıb. Vitse-spikerin sözlərinə görə, erməni prezidentinin helikopterlə yox, maşınla gəlməsi Azərbaycan əsgərinin şücaətinin nəticəsidir