Şəhid əsgər Eşqin Rəhim oğlu Allahverdiyevin dəfn mərasimi keçirilib.
Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə uğurlanıb. Vida mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun baş sağlığını şəhidin ailəsinə çatdıraraq qeyd edib ki, bu gün Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində ayıq-sayıqdır və düşmən təxribat qruplarının qarşısı mərdliklə alınır, düşmən atəşləri vaxtında və layiqincə susdurulur. Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir və onlar bayrağımızı tezliklə Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarda qaldırmağa hazır və qadirdirlər. Bölgənin qazisi Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
ALLAH Rəhmət Etsin
En mutlu günlerimizi en kötü kabuslara çevirenleri en tatlı rüyalarından uyandıracağız