Anti-armenia.ORG - Forumlar - WhatsApp "sındırıldı"



Istifadəçi
    2015-02-11 09:38 GMT                 

Elvinn



İstifadəçi
Mesaj Sayı : 2
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Dünyanın ən populyar messencer proqramı olan WhatsApp-ın proqramlardışma kodunda konstruktiv çatışmazlıqlar və xətalar aşkarlanıb. Proqramdakı "dəlik" nəticəsində hakerlər istənilən istifadəçi barədə konfidensial məlumatları asanlıqla əldə edə bilərlər.

Milli.Az hollandiyalı proqramçı Maykel Zveerinkin bloquna istinadən bildirir ki, WhatsApp istifadəçisinin privatlıq sazlamalarını asanlıqla "sındırmağa" imkan verən bu nöqsandan yararlanan haker bu şəxsin nə zaman onlayn və ya offlayn olduğunu, onun yazışmalarını, yolladığı və ya aldığı fotoları, videoları, səsli mesajları və s. informasiyanı, habelə onun kontakt siyahısında olan şəxslərin adlarını və telefon nömrələrini asanlıqla əldə edə bilər.
Eyni zamanda, haker WhatsApp istifadəçisinin statusunu da sürəkli izləyə bilər.

Holland proqramçı Maykel Zveerink bu problemləri aşkarlayandan sonra texniki qüsurları aradan qaldırmaq üçün xüsusi proqram hazırladığını, həmin proqramı WhatsApp-ın texniki servisinə yolladığını vurğulayıb.

"Bu xətalar nəticəsində Whatsapp istifadəçisi statusu və a profilini gizlətməyə çalışsa da, heç nə alınan deyil: haker onun internetdə olduğu vaxtları asanlıqla aşkarlaya bilər. Beləcə, tanımadığınız şəxs sizin privatlıq, konfidensiallıq sazlamalarınızı sadə gedişlə sındıraraq haqqınızda bütün məlumatları əldə edir", - M.Zveerink bloqunda yazıb.



http://img.milli.az/n/clickable/204433/0b/1/323844_800.jpg


http://img.milli.az/n/clickable/204433/02/1/323844_500.png

http://img.milli.az/n/clickable/204433/0e/6/323844_501.png

Anti-armenia.ORG
    

Istifadəçi
    2015-02-14 08:43 GMT                 

X-mister



İstifadəçi
Mesaj Sayı : 75
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Sakarya
Ölkə :
Məslək : Tələbə
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


şəkildə sayt reklamına yol vermisen bu nederecede düzdr ? (

Anti-armenia.ORG