CloudFlare Saytınıza qarşı olan hücumların qarşısını alan köməkçi server kimi adlandırmaq olar. Bu o deməkdir ki, serverinizin çökməsinə səbəb olan problemləri aradan qaldırır. Əlavə olaraq Spam, Sql İnjection, DDoS kimi hücumlara qarşı serverinizi təhlükədən qoruyur. Ayrıca Səhifədən səhifəyə keçid sürətini 30% artırır, bant genişliyi% 60 azaldır.
Bəs CloudFlare`ni saytımıza necə qura bilərik ? 1)CloudFlare`nin rəsmi saytına daxil oluruq ( LinK ). Daha sonra şəkildə göstərdiyim kimi qeydiyyatdan keçib saytınıza əlavə edirsiniz.
2)Qediyyatımız bitdi. Artıq saytın istifadəçisi olduq. Ardından saytda öz hesabımıza giriş edib saytımızın `URL` linkini əlavə edib Cloud Flare`nin saytımızın analiz edib qurtarmasını gözləyirik. ( Analiz əsasən 3o və ya bəzi zamanlarda 6o Saniyə vaxt tələb edir. )
3)Analiz bitdi və bu o deməkdirki Saytınız CloudFlare üçün lazım olan təlabatlara cavab verir. Daha sonra `Continue` sözünə vuraraq davam edirik.
4)Bu mərhələdə hansı paket növünü istifadə etməyinizi soruşur (Free , Pro , Business planlarından biri )
5)Burada saytımız üçün istifadə olunacaq NS adresləri gəlir.
6)Və budur. Cloud Flare`ni saytımıza əlavə etdik. İndi qalır 24 saat ərzində Cloud Flare`nin saytımıza oturmasını gözləmək.