Anti-armenia.ORG - Forumlar - 30 Aprel ADNA 2009 Tarixə yazılan qanlı səhifə



Istifadəçi
    2015-04-29 21:00 GMT                 

HackW!N



Gold
Mesaj Sayı : 718
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   17  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : 404 Not Found
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 6 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib.

Qanlı hadisə nəticəsində

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
3. Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu , 1946-ci il təvəllüdlü
4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr
5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü
10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Və Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı , 1957-ci il təvəllüdlü

Öldürülüb

Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu,
Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Hüseynli Zemfira Seyidi qızı,

Tələbələr

İsayev Kənan Tələt oğlu,
Suriya vətəndaşı olan Daas Muavviyya,
Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru,
Şirəliyev İlkin Azər oğlu,
Mustafayev Elşən Elbəyi oğlu,
Axundov Rəhman Sahib oğlu,
Cəmiyev Elvin Azər oğlu, 1989
Qurbanova Səbinə Əşrəf qızı,
Məmmədov Elşən Xanlar oğlu,
Cəfərov Bəxtiyar Aydın oğlu

Atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qalıblar. Adlarını çəkmədiyimiz bir neçə tələbə isə Fərda Qədirovun atdığı güllələrdən yayına bilib.

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Cinayət işi üzrə təqsirli bilinəndən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Ariz Qabulov 11, digər üç nəfər isə ömürlük olaraq azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub. Onun barəsində cinayət işi ayrı icraatda aparılır.

Azərbaycanın nüfuzlu ali təhsil ocağında baş vermiş bu terror aktı insan itkisi ilə yanaşı, ölkənin genefonuna da ciddi zərbə vurdu. erməni xüsusi xidmət orqanlarının məhz terror aktını ali məktəbdə törətməsi planı ölkə gəncliyinin hədəfə alınmasına hesablanmışdı.


UNUTMA ! UNUTDURMA !!!

ALLAH RƏHMƏT ELƏSİN

Valideynlərinə Allahdan səbr diləyirik...


http://s010.radikal.ru/i311/1504/9c/effce7ec17fc.jpg

http://s018.radikal.ru/i523/1504/34/31facd67bcc2.jpg

http://s017.radikal.ru/i423/1504/91/71f780d96d1b.jpg

http://s018.radikal.ru/i526/1504/a3/585472f4a790.jpg

http://s020.radikal.ru/i703/1504/31/62d2bf655fc4.jpg

http://s017.radikal.ru/i415/1504/a0/8ae8df2510bd.jpg

http://s017.radikal.ru/i436/1504/03/f00dd3fc436a.jpg

http://s017.radikal.ru/i417/1504/95/14ead78d4e7f.jpg

http://s017.radikal.ru/i440/1504/70/69d96dd0c516.jpg

Anti-armenia.ORG
    

Istifadəçi
    2015-04-29 21:11 GMT                 

Khaos



Gold
Mesaj Sayı : 589
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   34  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Khaos
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Allah rəhmət eləsin.Onların valideyinləri nə əziyyətlə uşaqların böyüdüb boya-başa çatdırmışdı və təhsil alıb onlara dayaq olmaqçün universitetdə oxudurdu hansısa varyoxsuza görə indi uşaqlarını itirdilər. Allah ailələrinə səbr versin. Amin

armenian terrorism... Don't forget Khojaly! “It is impossible to justify Khojaly in the eyes of the world community." #JusticeForKHOJALY
Anti-armenia.ORG
    

Istifadəçi
    2015-04-30 03:51 GMT                 

HideHacker



Gold
Mesaj Sayı : 813
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   53  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Target: armenian bitchs
Ölkə :
Məslək : HideHacker
Yaş : 130
Mesaj :

Mövzunu Paylaş!


Məlumata görə təşəkkür
Allah rəhmət eləsin heç vaxt unutmaram. Allah valideyinlərinə səbir versin

KARABAKH belongs to AZERBAİJAN!!!
Anti-armenia.ORG
    

Istifadəçi
    2015-04-30 06:35 GMT                 

ReSPiRaToR



VIP
Mesaj Sayı : 73
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   16  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Defacer
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Məlumata görə təşəkkürlər.
ALLAH ölənlərə Rəhmət eləsin. ALLAH Ailələrinə səbr versin.

http://i.imgur.com/q1qUkx2.gif
Anti-armenia.ORG
    

Istifadəçi
    2015-04-30 14:04 GMT                 

C4pt41n Pr0xy



VIP
Mesaj Sayı : 1448
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Şuşa
Ölkə :
Məslək : Student
Yaş : 21
Mesaj :

Mövzunu Paylaş!


ALLAH RƏHMƏT ELƏSİN.

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG
    

Istifadəçi
    2015-05-03 06:23 GMT                 

P4TR!07



İstifadəçi
Mesaj Sayı : 7
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Allah ölənlərə rəhmət etsin...Ailələrinə səbr versin.

Anti-armenia.ORG