Anti-armenia.ORG - Forumlar - CSS Dərslik-Sayt Dizayn Video Dərslik



Istifadəçi
    2016-01-27 18:10 GMT                 

NexT|*JusTi4e



İstifadəçi
Mesaj Sayı : 24
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   4  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək :
Yaş : 23
Mesaj :

Mövzunu Paylaş!


Kecən dəfə söz verdiyim kimi HTML dərliyin ardınca CSS dərsləik gəldi

HTML Dərslik: https://anti-armenia.org/forums.php?m=posts&q=28402




CSS Nədir ? Veb saytlarda CSS necə istifadə olunur ? CSS nələr bacarır və siz bu video dərsliklərə baxdıqda nələri öyrənəcəksiz və nələr edə biləcəksiz ?
Bu gün biz CSS ilə tanış oluruq və CSS ilə nələr etmək mümkün olduğuna baxırıq.
CSS saytda dizayna görə cavabdehdir. CSS HTML-siz istifadə olunmur və sadəcə saytın görünüşündən əlavə animasiyalar və elementlərin hərəkət etməsini də təmin edir.





Qaynaqlar: https://www.dropbox.com/s/p8tdiwszxhjhyjf/web.zip

CSS selektorlar HTML teqlərə müraciət etmək üçün istifadə olunur. Hər hansısa bir HTML teqi seçmək üçün biz həmin teqə class və ya id verməliyik və CSS-də ona teqin öz adı ilə və ya verdiyimiz class və id ilə müraciət edə bilərik. Teqi seçdikdən sonra biz ona istədiyimiz dizaynı verə bilərik.






Qaynaqlar: https://www.dropbox.com/s/y0enjwbyl7fwd0s/web.zip
ColorMania proqramını yükləmək: http://www.blacksunsoftware.com/downloads/ColorManiaSetup.exe

Bu gün biz CSS-də elementlərə ölçülərin necə verildiyindən və onların səhifədə necə yerləşdirmək lazım olduğundan danışırıq.

Yeni öyrəndiyimiz CSS parametrlər:
1. width - enliliyi təyin edir
2. height - hündürlüyü təyin edir
3. display - elementin göstərilmə tərzini təyin edir
4. position - elementin səhifədə necə yerləşdirildiyini təyin edir
5. background - fonu təyin edir
6. margin - xarici məsafəni (digər elementlər ilə arasında olan məsafəni) təyin edir
7. padding - daxili məsafəni təyin edir
8. left - soldan məsafəni təyin edir
9. right - sağdan məsafəni təyin edir
10. top - yuxarıdan məsafəni təyin edir
11. bottom - aşağıdan məsafəni təyin edir





Qaynaqlar: https://www.dropbox.com/s/nb4h0305tkbe29h/web.zip
Standart veb şriftlər siyahısı: http://www.w3schools.com/cssref/css_websafe_fonts.asp
"Ə" hərfini dəstəkləyən şriftlər servisi: http://fontlar.info
Online Font Converter: https://onlinefontconverter.com

Bu gün tanış olduğumuz paramterlər:
font-family - şriftin adını təyin edir
font-style - şriftin üslubunu təyin edir
font-weight - şriftin qalınlığını təyin edir
font-size - şriftin ölçüsünü təyin edir.

@font-face - sayta yeni şrift əlavə etmək üçün istifadə olunur. "src" parametrində fərqli formatlarda (eot, woff2, woff, ttf, otf, svg) şriftə yolu göstəririk.





Qaynaqlar: https://www.dropbox.com/s/ir4wkj01xxqnf15/web.zip

Bu gün biz CSS-də fona rəng verməyi, fona şəkil əlavə etməyi, əlavə olunan şəkili istədiyimiz kimi yerləşdirməyi öyrənirik.

Yeni öyrəndiyimiz parametrlər:
background
background-color - fonun rəngini təyin edir
background-image - fonun şəkilini təyin edir
background-position - fonun yerləşdirilməsini təyin edir
background-size - fonun ölçüsünü təyin edir
background-repeat - fonun təkrarlanıb təkrarlanmayacaqını təyin edir
background-attachment - fonun səhifə scroll olduqda özünü necə aparacaqını təyin edir
background-origin - fon şəkilinin hardan başlayacaqını təyin edir
background-clip - fon rənginin hardan başlayacaqını təyin edir





Qaynaqlar: https://www.dropbox.com/s/9bdbdey3m2do68h/web.zip

Qradientli fonlar üçün "background" parametrinin iki təyinatı istifadə olunur:
1. linear-gradient
2. radial-gradient

"linear-gradient" rəngləri bir istiqamətdə qarışıqını təyin edir. Birinci təyinatda istiqamət, növbəti təyinatlarda isə müxtəlif rənglər və onların ərazi ölçüsü təyin olunur.

"radial-gradient" isə rəngləri dairəvi və ellips formasında rəngləri qarışdırır. Birinci təyinatda qradientin forması, növbəti təyinatlarda isə müxtəlif rənglər və onların ərazi ölçüsü təyin olunur.





Qaynaqlar: https://www.dropbox.com/s/fzzsg1cczx9y5z8/web.zip

Bu gün öyrəndiyimiz parametrlər:
1. border
2. border-style
3. border-width
4. border-color
5. border-radius
6. line-height

"border-style" - çərçivənin hansı tərzdə olacağını təyin edir. Növbəti təyinatları ilə tanış olduq:
1. solid - sadə xətt
2. dashed - qırıq xəttlər
3. double - iki sadə xətt

"border-width" - çərçivənin qalınlığını təyin edir. Təyinatları px ilə verilir.
"border-color" - çərçivənin rəngini təyin edir.
"border-radius" - çərçivənin künclərinin dairəvi edir.
"line-height" - sətrin hündürlüyünü təyin edir. Təyinatları px ilə verilir.

"border" parametri "border-width", "border-style" və "border-color" parametrlərini bir yerə cəmləyir.





Qaynaqlar: https://www.dropbox.com/s/ufggp3vqybscp76/web.zip

Kölgələr üçün CSS-də "box-shadow" və "text-shadow" parametrləri mövcuddur.
box-shadow - blokların kənarından çıxan kölgəni vermək üçün istifadə olunur.
text-shadow - yazılardan çıxan gölgəni vermək üçün istifadə olunur.





Qaynaqlar: https://www.dropbox.com/s/y71g5arv66nq1o5/web.zip

CSS-də elementlərin təbəqələrini idarə etmək üçün "z-index" parametri var. "z-index" parametrinin təyinatları mənfi və müsbət rəqəmlərdən ibarətdir. "z-index"-in təyinatı az olduqda element "z-index"-i çox olan digər elementlərin arxasında gizlənəcək.

Elementlərin şəffaflığını idarə etmək üçün "opacity" parametri var. "opacity" parametrinin təyinatları 0-dan 1-dək rəqəmlərdən ibarətdir.

Elementi görünməz etmək üçün "visibility" parametri istifadə olunur.
"hidden" təyinatı elementi gizlədir, "visible" təyinatı isə əksinə.





Qaynaqlar: https://www.dropbox.com/s/8lvxwtqp8awuidh/web.zip
Pseudo-class-ların siyahısı: http://www.w3schools.com/css/css_pseudo_classes.asp

Pseudo-class-lar element ilə müəyyən hadisə baş verdikdə nə baş verəcəyini təyin edir.

Bu gün öyrəndiyimiz pseudo-class-lar:
:nth-child( [rəqəm] ) - sıra nömrəsi mötərizənin içində göstərilən rəqəmə bərabər olan elementi seçir
:first-child - sırada birinci olan elementi seçir
:last-child - sırada sonuncu olan elementi seçir
:hover - mouse elementin üzərində olduqda nə baş verəcəyini təyin edir
:active - elementin üzərində mouse-un sol düyməsi basıldıqda nə baş verəcəyini təyin edir
:focus - focus elementin üzərində olduqda nə baş verəcəyini təyin edir
:disabled - disabled attributu olan elementləri seçir
:target - linkdə id ilə müraciət olunan elementi seçir
:visited - daxil olunmuş linkləri seçir
:link - daxil olunmamış linkləri seçir
t( [selector] ) - çıxmaq şərti ilə mənasını daşıyır. Mötərizənin içində bir selector yazılmalıdır





Qaynaqlar: https://www.dropbox.com/s/uqakyj4wjpqnmia/web.zip

Səlis keçidlər istifadə etmək üçün CSS-də transition parametri var.

transition-duration - keçidin sürəklikini təyin edir
transition-delay - keçidin gecikməsini təyin edir
transition-property - hansı parametrin səlis deyişəcəyini təyin edir
transition-timing-function - keçidin sürətinin tərzini təyin edir





Qaynaqlar: https://www.dropbox.com/s/8ndv6om87drfb8c/web.zip

CSS-də 2D Transformasiyalar üçün transform parametri var. Bu parametr təyinat kimi növbəti metodları götürür:

translate - elementi indiki yerinə əsasən X və Y koordinatları ilə hərəkət etdirir.
rotate - elementi saat əqrəbi ilə və ya əks istiqamətdə fırladır
scale - elementin miqyasını təyin edir
skew - elementi çəp formaya gətirərək əyir


QEYD: Videolar alıntıdır


ƏMƏYƏ HÖRMƏT

NexT|*JusTi4e
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-27 19:44 GMT                 

Ulvu14



İstifadəçi
Mesaj Sayı : 241
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : ölüler addasi
Ölkə :
Məslək : Webmaster
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər

Bir Kerə Yüksələn Bayrak Bir Daha Inmez!....
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-28 05:54 GMT                 

AlvinProgrammer©



İstifadəçi
Mesaj Sayı : 102
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək : Illustrate Designer
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


+1 REP !!!

Bütün hüquqlar qorunur ®
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-28 06:00 GMT                 

DefaceR



İstifadəçi
Mesaj Sayı : 124
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   2  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Cəlillabad
Ölkə :
Məslək : Defacer
Yaş : 23
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkür

Dövlət İçində Dövlət Olmaz!
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-30 08:02 GMT                 

ACOSTА



Informatix
Mesaj Sayı : 111
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Çox sag ol. Əziyət çəkib hazirlamisan halaldi.

Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-30 08:32 GMT                 

NexT|*JusTi4e



İstifadəçi
Mesaj Sayı : 24
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   4  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək :
Yaş : 23
Mesaj :

Mövzunu Paylaş!



NexT|*JusTi4e
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-31 10:19 GMT                 

ACOSTА



Informatix
Mesaj Sayı : 111
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Sitat
#53794 NexT|*JusTi4e :


İndi dəqiq de görək mövzuda istifadə etdikləriniz informasiya sizə aiddimi ?

Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-31 18:21 GMT                 

HideHacker



Gold
Mesaj Sayı : 813
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   53  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Target: armenian bitchs
Ölkə :
Məslək : HideHacker
Yaş : 130
Mesaj :

Mövzunu Paylaş!


Sitat
#53798 ACOSTА :
Sitat
#53794 NexT|*JusTi4e :


İndi dəqiq de görək mövzuda istifadə etdikləriniz informasiya sizə aiddimi ?


Yox mövzunun altından yazın alıntıdır.
Bu arada paylaşıma görə təşəkkürlər

KARABAKH belongs to AZERBAİJAN!!!
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-01-31 19:03 GMT                 

NexT|*JusTi4e



İstifadəçi
Mesaj Sayı : 24
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   4  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək :
Yaş : 23
Mesaj :

Mövzunu Paylaş!


Sitat
#53798 ACOSTА :
Sitat
#53794 NexT|*JusTi4e :


İndi dəqiq de görək mövzuda istifadə etdikləriniz informasiya sizə aiddimi ?




Qaqas Diqqetle Baxsan Gorersen ki Videolardan asagida axirda yazmisamki alintidir

NexT|*JusTi4e
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-02-01 08:11 GMT                 

ACOSTА



Informatix
Mesaj Sayı : 111
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Sitat
#53801 NexT|*JusTi4e :
Sitat
#53798 ACOSTА :
Sitat
#53794 NexT|*JusTi4e :


İndi dəqiq de görək mövzuda istifadə etdikləriniz informasiya sizə aiddimi ?




Qaqas Diqqetle Baxsan Gorersen ki Videolardan asagida axirda yazmisamki alintidir

Çox sağ ol Qardaş . Dersliyin sahibini taniyiram Qanacaqli qabilətli insandi ona görə yazdim ki Başqa insanin əmayinə hörmətlə yanaşaq .

Anti-armenia.ORG