Anti-armenia.ORG - Forumlar - BBC "Anti-armenia Team"-dən yazdı



Istifadəçi
    2016-04-10 15:45 GMT                 

LozariuS



C0d3r
Mesaj Sayı : 6
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Information Security
Yaş : 121
Mesaj :

Mövzunu Paylaş!


Sosial şəbəkələrdə Dağlıq Qarabağ münaqişəsi: "like" yarışması?

Aprelin əvvəlindən bəri Ermənistan və Azərbaycan arasında alovlanmış Dağlıq Qarabağ münaqişəsi bu dəfə həm də onunla fərqlənir ki, illərlə aparılan informasiya təbliğatları "bəhrəsini verə bilib".

Yəni, illərdir eşidilən "qarşı tərəfin təcavüzü davam edir" kimi televiziya xəbər proqramlarının ilk cümlələri indi hər iki ölkədə bəlkə də ən məşhur xəbər meydanı olan sosial şəbəkələrdə qızğın müzakirələrə çevrildi.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var.
Azərbaycanın rəsmi rəqəmlərinə görə, 31 hərbçisi və 2 dinc sakin həlak olub, 10 nəfər dinc sakin yaralanıb. Ermənistanın rəsmi rəqəmləri isə 46 hərbçinin həlak olduğunu, 122 nəfərin yaralandığını və 21 nəfərin itkin düşdüyünü göstərir.

Bu dəfə fərqli o idi ki, həm azərbaycanlılar, həm də ermənilər eyni həşteqlər - #Karabakhnow və #NKPeace altında "söz və like müharibələri" aparır. Və təbii ki, onların oxşar hərəkətləri bir-birini təkrarlayır:
Məsələn, azərbaycanlılar aprelin 7-dən ABŞ Administrasiyasını ədaləti bərpa etmək və böyük fəlakətdən yayınmaq üçün Ağ Evə imzatoplama kampaniyasına başlayıb.
Eləcə də aprelin 9-dan Ermənistanın Avropalı Dostları təşkilatı Avropa Parlamentinə ünvanlanan Dağlıq Qarabağı münaqişə tərəfdaşı kimi qəbul etməyə çağıran imzatoplama kampaniyası aparır.

Həmçinin həm Azərbaycan, həm də Ermənistanda bir-birinin əleyhinə nümayişlər keçirilir və həm xaricdə yaşayan azərbaycanlılar, həm də ermənilər xarici ölkələrdəki səfirliklər qarşısında silsilə aksiyalar keçirir.

Lakin hər şey bu həddə çatana qədər sosial şəbəkələr ilklərin şahidi oldu. Sosial şəbəkə istifadəçiləri "informasiya müharibəsində" qalib gəlmək üçün müxtəlif alətlərə əl atdı. Onlardan bəziləri bunlardır:

1. Facebook sosial şəbəkəsində hərbi xəbərlər yazdığını deyən Ermənistana məxsus razm.info layihəsi. Bu layihənin saytında azərbaycanca Azərbaycana dair xəbərlər yazılır və sosial şəbəkə səhifələrində azərbaycanlılarla azərbaycanca danışılır. Adətən paylaşımlar Azərbaycanın hərbi itkiləri ilə bağlıdır. Səhifə iddia edir ki, itkilərin sayı "bilərəkdən az" göstərilir.

2. Azərbaycanda bir qrup könüllü informasiya müharibəsində "uduzmamaq" məqsədilə rəsmi məlumatların tərcümə qərargahını yaradır. Qərargahın təşəbbüskarı Fuad Hacıyev BBC Azərbaycancaya deyib ki, azərbaycanlılar münaqişənin ilk günündən çox aktiv olsalar da, əsasən Azərbaycanca paylaşımlar edib.

"Qarşı tərəf ingilis və rus dillərində də paylaşırdı. Ona görə status yazdım ki, kim könüllü olaraq xəbərlərin tərcüməsinə yardım edə bilər? Bir gündə 146 şəxs tərcümə edəcəyini bildirdi."

Cənab Hacıyev deyir ki, hazırda yalnız rəsmi məlumatlar təxminən 25 dilə tərcümə edilərək və muzdlu professional tərcüməçilər tərəfindən yoxlanılaraq xarici mediaya göndərilir. Bəzi könüllülər isə "Ermənistanın lehinə" yazan səhifələrdə - məsələn fransız mediasının səhifələrini izləyir.

Azərbaycanın "Könüllü İnformasiya Qərargahı" heç bir rəsmi qurumla əməkdaşlıq etmədiyini deyir.

3. Dezinformasiya (fakta əsaslanmayan informasiya). Erməni istifadəçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosunu paylaşaraq, onu "Qarabağ Ordusu"nun üzvü kimi təqdim etdi.

4. Kiber hücumlar. Azərbaycanlıların yaratdığı "Anti-armenia Team" haker qrupunun tez-tez paylaşdığı məlumatlarda Ermənistanın bir sıra saytlarına hücum xarakterli kiber əməliyyatların həyata keçirildiyi deyilir.

Eynilə, "Monte Melkonian Cyber Army" Twitterdə Azərbaycanın dövlət saytlarına qarşı kiber hücum etdiyini açıqlayıb.

5. "Like müharibəsi". Rusiyanın baş naziri Dmitri Medvedyevin İnstagram səhifəsində münaqişə ilə bağlı səfər etdiyi Yerevan və Bakıdan paylaşdığı fotolar sosial şəbəkələrdə ciddi "bəyənmə davasına" çevrilib.

Sayta keçid:
http://www.bbc.com/azeri/international/2016/04/160409_information_war_karabakh

Anti-armenia.ORG
    

Istifadəçi
    2016-04-10 17:04 GMT                 

TheBigBoss



İstifadəçi
Mesaj Sayı : 46
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baki
Ölkə :
Məslək : Kompüter Mühendisi
Yaş : 27
Mesaj :

Mövzunu Paylaş!


Mənə bir şey maraqlıdır.Onsuz Ermənistanı dağıtmaq 2 günlük şeydi.Ermənistan dağılandan sonra Anti-armenia Team-ın adı nə olacaq?

Əgər acından ölən itə yemək versəniz,O sizi dişləməz.İnsanla heyvan arasındakı fərq budur.
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-04-11 10:52 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər! Təbriklər!

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-04-12 07:16 GMT                 

Khaos



Gold
Mesaj Sayı : 589
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   34  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Khaos
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Bu hamımızın uğurudur. Təbriklər

armenian terrorism... Don't forget Khojaly! “It is impossible to justify Khojaly in the eyes of the world community." #JusticeForKHOJALY
Anti-armenia.ORG
    

Istifadəçi
    2016-04-14 06:30 GMT                 

BLaCk_web



VIP
Mesaj Sayı : 23
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baku
Ölkə :
Məslək :
Yaş : 37
Mesaj :

Mövzunu Paylaş!


tebrikler

TheBigBoss
dushmen mef olsa bele o adli milletde demek olmaz tayfa var olduqu muddetde dushmenimizdir!!!!!Hacan Xocalini ve obiri vehshiliklerini demirem unutsaq onda sen deyendi yeni adin deyishmesi mumkun deyil cunki burdaki ushaqlarin hamisi onlarin veshiliklerini dunyaya gostermek ucun gece gunduz yatmiyib vetene millete xidmet edir

Anti-armenia.ORG
    

Istifadəçi
    2016-04-22 14:01 GMT                 

Ulvu14



İstifadəçi
Mesaj Sayı : 241
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : ölüler addasi
Ölkə :
Məslək : Webmaster
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər

Bir Kerə Yüksələn Bayrak Bir Daha Inmez!....
Anti-armenia.ORG