Istifadəçi |
2016-10-18 23:41 GMT |
|
|
|
Admin |
|
Mesaj Sayı : 1875 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 45 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : Anti-armenia.ORG |
Ölkə : |
Məslək : Programmer & Defacer |
Yaş : 12 |
Mesaj : |
|
Əziz Dostlar!
19 oktyabr tarixi "Anti-armenia Team" qrupu üçün xüsusilə özəl bir gündür. Çünki, məhz bu gün "Anti-armenia Team" qrupu yaradılmış, fəaliyyəti dövründə bir çox uğurlara nail olmuşdur. Bu gün isə qrupun yaranmasının 5 illik yubileyi qeyd olunur.
Qrup yarandığı gündən kiber-mühitdə Azərbaycanın milli maraqlarına zidd olan informasiya resurslarına qarşı tam gücü ilə mübarizə aparmağı qarşısına məqsəd qoymuş, bu mühitdə Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri, ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya çatdırmaq, həmçinin konstitusiyamıza və ölkəmizin milli maraqlarına zidd olan informasiya resurslarına qarşı mübarizəni özünə etik kodeks olaraq seçmişdir. Müasir dünyada kiber müharibənin böyük əhəmiyyət kəsb etdiyi danılmazdır və Kiber müharibə III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilə bilər. Bu baxımdan düşmən saytlarının sıradan çıxarılması, bu saytlara kiber hücumların təşkili mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə bir neçə təşkilatlar Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir çox irimiqyaslı kiber-əməliyyatlar nəticəsində ermənistana məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyaları əldə etmişdir.
"Anti-armenia Team" idarə heyəti adından qrupun bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edir, onlara bu çətin, lakin şərəfli işdə uğurlar arzu edirik.
Qeyd etmək istəyirik ki, "Anti-armenia Team" bundan sonra da ölkəmizin, milli maraqlarımızın, xalqın mənafeyinin qorunması uğrunda əzmlə çalışacaqdır.
Ən xoş arzularla: Anti-armenia Team İdarə Heyəti.
|
Anti-armenia.ORG |
|