Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
1996-cı il fevralın 6-da Prezident Heydər Eliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.