Anti-armenia.ORG - Forumlar - Web development nədir?



Istifadəçi
    2016-12-27 09:45 GMT                 

muradmikayilzada



İstifadəçi
Mesaj Sayı : 1
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş : 21
Mesaj :

Mövzunu Paylaş!


27.12.2016
Hərkəsə salam! Mən muradmikayilzada. Bu gündən etibarən anti-armenia.org portalında full stack development baradə məqalələr paylaşacam. Bu gün isə bu mövzulara giriş edəcəyik.

İlk öncə bu sahə barədə nə demək olar?Bunu cavablandıraq.
Web development developmentin bir qoludur. Azərbaycanca veb proqramlaşdırma deyilir. Bu dövrdə bu sahə nə qədər önəmlidir? Onu deyə bilərəm ki, bu sahə günümüzdə çox böyük önəmə malikdir. Hətta deyərdim ki, desktop developmentden belə. Çünki günümüzdə məlumatın hər yerdən əldə edilə bilməsi çox önəmlidir. Və bu da təbii ki, veb proqramlaşdırma vasitəsilə təmin olunur. Veb proqramlaşdırmanın təmin etdiyi məlumatın rahat əldə edilməsi onun ən əsas üstünlüklərindəndir. Əsr internet əsridir, məlumat əsridir. Facebook, Google, Twitter, Youtube, İnstagram və daha neçələri veb proqramlaşdırmaya nümunə kimi verilə bilər. Artıq MS Office proqramları belə vebləşdirilir. Yəni ki, siz MS Office proqramlarını endirmədən online şəkildə işlədə bilərsiniz! İşin texniki qisminə girmədən öncə onu deyə bilərəm ki, əgər buna başlamaq istəyirisinizə, dayanmadan dərhal başlayın.

Bir az işin texniki qisminə göz ataq.
Deməli, veb proqramlaşdırma 2 əsas yerə bölünür: Front End və Back End. Bunlar nə deməkdir?
Front End saytın görünüşü onun front endidir desək yanılmarıq. Hələlik sizə front end-də istifadə olunan texnologiyaların adını çəkməyəcəm, bu başınızı qata bilər. Zaman keçdikcə bu texnologiyalar baradə müəyyən ardıcıllıqla məqalələr paylaşacam! Ancaq yenədə bir ikisinin adını çəkim: HTML,CSS, Javascipt və s.

Back Endsaytın bütün mexanizması, dinamikliyi onun back endidir. Yəni google-da axtarış verdiyiniz zaman sizə çıxan nəticələri google back endində yazılmış müəyyən funksiyalar vasitəsilə təyin edir. Back endin yazılması üçün en qədər dillər var. Ancaq onların ən geniş yayılanı PHP-dir. PHP barədə də zaman keçdikcə vaxtı gələndə məqalələr yazacam.

Web developmentin road map-i
https://coggle.it/diagram/52e97f8c5a143de239005d1b/56212c4e4c505e0045c0d3bda59b77e5977c2c9bd40f3fd0b451bdcf8da4aa52

Bu məqalədə çatdıracaqlarım bu qədər. Bir sonrakı məqalədə sizlərlə veb proqramlaşdırmanın front-end bölməsinə başlayacağıq. Sağlıqla qalın!

Anti-armenia.ORG
    

Istifadəçi
    2016-12-30 20:59 GMT                 

ExPloiT



İstifadəçi
Mesaj Sayı : 90
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   5  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Bakı
Ölkə :
Məslək : LM3ALLEM :)
Yaş : 27
Mesaj :

Mövzunu Paylaş!


təşəkkür yararli

Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım.

Nizami Gəncəvi
Anti-armenia.ORG