Bəzən elə olur ki, sistemə hər daxil olduğumuzda təkrar-təkrar müəyyən standart əmrləri daxil etməli oluruq. Buna misal olaraq Kali Linuxun son versiyasındakı səs problemini göstərə bilərəm. Sistemə hər daxil olduğumda (ola bilsin səs kartına görədir) terminaldansudo pulseaudio -Dəmrini yerinə yetirməli oluram ki, səs driveri aktiv hala keçsin. Bu isə bir müddətdən sonra həm yorucu, həmdə bezdirici olur. Hər dəfə bu prosesi təkrar-təkrar etməmək, sistemin bunu açılışda özü etməsi üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır. (Kali Linux üzərində test etmişəm)
1) İlk öncə bir test.sh faylı yaradırıq. İçinə bezdirici olan əmrləri alt-alta daxil edirik. Və bu faylı sistemin istənilən yerində yadda saxlayırıq. Məs. mən sudo pulseaudio -D əmrini əlavə etdim.
2) Yaratdığımız bu fayla icra oluna bilmə səlahiyyəti veririk. (Səlahiyyətlərin verilməsi ilə bağlı ətraflı məlumata buradan baxa bilərsiniz.) sudo chmod +x test.sh
3) Terminalı açıb /root/.config/autostart/ papqasına daxil oluruq. Burada myscript.desktop adında bir fayl yaradıb içərisinə aşağıdakıları daxil edirik. [Desktop Entry] Name=MyScript GenericName=A descriptive name Comment=Some description about your script Exec=/root/Desktop/test.sh(2-ci addımda yaratdığımız script faylının yolunu buraya qeyd edirik) Terminal=false Type=Application X-GNOME-Autostart-enabled=true
və save edib çıxırıq. Artıq hər dəfə OS açılışında desktop gnome yükləndiyində bizim script faylımız avtomatik olaraq çalışacaq və içərisində yazılı olan əmrləri icra edəcək.