Anti-armenia.ORG - Forumlar - Google Haqqında Maraqlı Məlumatlar



Istifadəçi
    2017-02-14 00:22 GMT                 

Respect



VIP
Mesaj Sayı : 40
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Google (azərb. Quql) dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.

Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir


TARİXİ


Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçe dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.

Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzerində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.



Məhsul və xidmətləri

Google Maps (keçmiş Google Local)

"Google Maps" veb xəritə tətbiqetməsidir, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.[2].

"Google SketchUp"

"Google SketchUp" adlı dizayn proqramında əsasən dizayn işləri, müxtəlif modellər, planlar və s çəkmək olur.[3]

"Google Picasa"

"Google Picasa" adlı proqram vasitəsilə kompyuterinizdə bütün itmiş, sənədlərin arasına girmiş şəkilləri bu proqram vasitəsilə tapa bilərsiniz.[4]

"Google Earth"

"Google Earth" proqramı vasitəsi ilə siz bütün Yer kürəsinin modelini görə bilərsiniz. Burada hətta evlərin belə modelini qurmaq olar.Əsasən Coğrafiya ilə bağlı proqramdır.[5]

"Google Chrome"

"Google Chrome" Google tərəfindən yaradılan açıq-qaynaqlı İnternet Brauzeridir.[6]



Korporativ Fəaliyyəti

Google hazırda demək olar ki, bütün növ internet xidmətləri göstərir və bir çox ölkələrdə internet bazarında liderdir. Hazırda Google-un başlıca prioritetlərindən biri internetdə azadlığı təbliğ etməkdir. Bu məqsədlə Google-un Mərkəzi Avropa Universiteti ilə bir yerdə 2010-cu ilin sentyabrın 20-22-də keçirdiyi "Azadlıqda İnternet 2010" tədbiri bütün dünyanın diqqətini çəkib.[7]

Maraqlı xüsusiyyətləri


Axtarış sisteminə "do a barrel roll” yazdıqda səhifə 360 dərəcə dönəcəkdir.
Axtarışa “What is the loneliest number?” (Ən tənha ədəd hansıdır?) yazdıqda 1 rəqəmi görsənəcək.
Google-yə "Askew" və ya "tilt" yazdıqda səhifə bir az yana əyiləcəkdir.
Google-yə "Google Gravity" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basdıqda səhifə ünsurlarının hamısı yerə düşəcək.
"Recursion" (sonsuza qədər təkrar etmək) sözünü axtarışa verdikdə Google həmin sözü yenə axtarmağı təklif edir.
"Where is Chuck Norris?" (Çak Norris haradadır?) yazdıqda və ilk linkə girdikdə qarşıya "Google Çak Norrisi axtarmayacaq, çünki siz onu tapa bilməyəksiz, o sizi tapar" ifadəsi çıxar.
Google-ni latın stilə salmaq üçün "Google Latin", pirat stilinə salmaq üçün "Google Pirat", Elmer Fuddun danışıq stilinə salmaq üçün "Google Elmer Fudd" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basmaq lazımdır.
Google Tərcümədə "pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch" yazıb tərcümə olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq asmaq mümkündür.
Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş simulyatoru oyunu oynamaq mümkündür.
Axtarışa <blink> sözünü yazdıqda nəticələrdəki "blink" sözü yanıb sönəcəkdir.
"Mentalplex" sözünü axtardıqda və ilk linkə girdikdə Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.
Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür. Bunun üçün sadəcə "what time is it in (şəhərin adı)" ifadəsini axtarışa vermək kifayətdir.
Google Şəkillərə “241543903” ədədini yazıb axtardıqda ortaya başını soyuducuya soxan insanlar çıxır.
Google-yə "Zerg Rush" yazdıqda Google özünü yeməyə başlayır.
241543903 ədədinin niyə belə özəlliyi olduğu dəqiq bilinmir. Bilinən ən qədim 241543903 etiketli soyuduculu şəkil 2009-cu ilin aprelində David Horvitz tərəfindən yüklənmişdir.

Ən üstün ibadət sıxıntıya səbr etməkdir."
Hz. Məhəmməd (s.ə.a.s)
Anti-armenia.ORG
    

Istifadəçi
    2017-02-14 15:22 GMT                 

ViVa



İstifadəçi
Mesaj Sayı : 163
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   2  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Mexfi
Ölkə :
Məslək : Crypto Miner
Yaş : 121
Mesaj :

Mövzunu Paylaş!


Məlumata görə təşəkkürlər.

Anti-armenia.ORG