Anti-armenia.ORG - Forumlar - 15 Sentyabr Bakının Qurtuluş Günü.



Istifadəçi
    2019-07-15 02:58 GMT                 

By.Orkhan_118



Designer
Mesaj Sayı : 73
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   6  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək : Sisteme qarşı
Yaş : 24
Mesaj :

Mövzunu Paylaş!


https://i.hizliresim.com/1pdjaG.jpg


O tarixi Qurtuluş Günü...



Qanlı Bakı...



15 sentyabr Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biridir. Mənbələrdə rəsmi adı Qurtuluş Günü kimi qeyd olunan bu tarixin Azərbaycan üçün əvəzsiz əhəmiyyəti var. Böyük öndər M.Ə.Rəsulzadə çıxışlarının birində 15 sentyabrı Azərbaycanın istiqlalı üçün real zəmin olaraq dəyərləndirmişdi.

1918-ci il sentyabrın 15-də böyük Türk qəhrəmanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Islam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbə ilə həm ölkəmizin müstəqilliyinə yaranacaq ciddi təhlükə aradan qalxmış, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik ağalığına son qoyulmuşdur.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Sovet əsarəti illərində bu hadisənin əhəmiyyətini məqsədli şəkildə unutdurmağa çalışılsa da, xalq Türk əsgərinin qəhrəmanlığını könlündə yaşatdı, onu heç bir zaman unutmadı.

1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar 12 mindən artıq günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnmişdi. Tarixi faktlar o gün paytaxtın Türk əhalisinə tutulan divanın dünyanın ən vəhşi vandalizmləri ilə müqayisə oluna biləcəyini sübuta yetirir. O dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, orqanları doğranmışdı...” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Quduzlaşmış ermənilər müdafiəsiz insanları, xüsusən qadınları daha ağır işgəncələrlə öldürürdülər. Azərbaycanın böyük sənətkarı Nəsibə Zeynalova xatirələrində deyirdi ki, o gün azğınlaşmış ermənilər onun baba mülkünə daxil olub, həyətdə çörək bişirən nənəsini təndirə atıb yandırmışdılar.

Amma bu soyqırımı həyata keçirən qaniçənlər təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər. Onlar şəhərin ən görkəmli məscidi sayılan Təzəpir məscidini aramsız top atəşinə tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “Ismailiyyə” binasını yandırmış, Şirvanşahlar Sarayını güllə yağmurundan tanınmaz hala salmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmışdılar.



Bütün müsəlmanları məhv etmək əmri...



Faciənin miqyası yalnız Bakı şəhəri ilə məhdudlaşmamışdı. Bu ərəfədə Şamaxıda, Qubada, Xaçmazda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Göyçayda, Lənkəranda, Muğan bölgəsində, Dağlıq Qarabağ və başqa bölgələrdə qətlə yetirilən insanların sayı 50 mindən artıq idi.

Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən, qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv edilmişdi.

Cəlladlar ölkənin Türk soylu müsəlman əhalisinə olan nifrətini həm də dini ziyarətgahları darmadağın etməklə göstərirdilər. Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu.

O dövrdə göydələn minarələri olan Irəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Irəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah Ismayılın əmri ilə inşa olunmuşdu. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırdılar. Məscid insanlarla birgə tamamilə yanıb külə döndü.

1604-cü ildə I Şah Abbas Irəvan qalasında Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirmişdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan Irəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Məlum hadisələrdə onlar tamamilə məhv edildi.

Belə bir zamanda Bakıya köməyə çağırılan Osmanlı Türkiyəsi Avropa dövlətlərinin etiraz etməsinə baxmayaraq, qardaş ölkəyə köməyini əsirgəmədi. 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirən Türk ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1200-dən çox şəhid verdi.



Unudulmaz qəhrəmanlar...



O dövrdə Türk əsgərləri ilə çiyin-çiyinə vuruşan Azərbaycan vətənpərvərlərindən biri də şair Əhməd Cavad idi. O, Yasamal dağındakı səngərlərdə mövqe tutan dəstələr arasında vuruşurdu. Şairin o zaman yazdığı “Bismillah” şeiri milli duyğuları anladan gözəl bir əsərdi:



Atıldı dağlardan zəfər topları,

Yürüdü irəli əsgər, Bismillah.

O, Xan sarayında çiçəkli bir qız,

Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol,

Sən ey coşan dəniz gəl Türkə ram ol

Sən ey sağa, sola qılınc vuran qol,

Qollarına qüvvət gəlir, Bismillah.



Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Qəhrəman türk əsgərlərinin qanı bahasına Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi.

Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakını düşməndən təmizləməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.

Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. H.Z.Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Məşhur milyonçu türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Tarix saxtalıq götürmür. Illər, yüzillər keçsə belə, ört-basdır edilmiş, gizlədilmiş tarixi həqiqətlər hökmən gün işığına çıxır. Necə ki, Azərbaycan istiqlalına düşmən güclərin işğal rejimində 70 il yaşayan xalq sonunda öz tarixi gerçəklərini anladan səhifələrin üzünü açdı. Öz iyrənc manqurtlaşma siyasəti ilə bu millətin genlərini dəyişmək istəyən rus şovinizmi sonunda iflasa uğradı və arzuladığı nəticələrə yetişə bilmədi.

Bu gün o yabançı ünsürlərin əsrlər boyu kökündən qoparmaq istədiyi xalq öz keçmişinə sahiblənərək milli istiqlalına qovuşmuşdur. Bu gün o tarixdən 92 il sonra qəhrəman Türk şəhidləri Bakıdakı Xiyabanda azərbaycanlı qan qardaşları ilə bir məzarlıqda uyuyur. Heç bir siyasi oyunbazlıq, heç bir diplomatik hoqqabazlıq bu gerçəyi dəyişə bilməz. O tarixdən uzun illər keçməsinə baxmayaraq, bu xalq qəhrəmanı Türk Ordusu tərəfindən göstərilən qardaşlıq yardımını heç vaxt unutmayacaq, onları qəlbində daim minnətdarlıq hissi ilə xatırlayacaq.

Əziz İstifadəçi yeni mövzu açarkən və ya şərh yazarkən yalnız və yalnız Azərbaycan Əlifbasından (Latın Əlifbasından) istifadə edin!
Mütləq yeni mövzu açarkən vəya şərh yazarkən yalnız AZƏRBAYCAN ŞRİFTLƏRİYLƏ YAZIN!
BYOKUW:y
Anti-armenia.ORG
    

Istifadəçi
    2019-07-16 22:53 GMT                 

HaCkEr_33



İstifadəçi
Mesaj Sayı : 231
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   3  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Sumgait
Ölkə :
Məslək : Lamerlərə qarşi
Yaş : 14
Mesaj :

Mövzunu Paylaş!


Super alinibdir bro əllərinə sağliq

{ NO SYSTEM IS SAFE }
Anti-armenia.ORG