Anti-armenia.ORG - Forumlar - XOCALI RAYONU



Istifadəçi
    2011-11-15 13:07 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


XOCALI RAYONU


http://anti-armenia.org/pix/xrayon.gif


Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır.

Ərazisi - 922 km2
Əhalisinin sayı - 11544
İnzibati mərkəzi - Xocalı


Qəsəbələr, kəndlər
Xocalı şəhəri, Xankəndi, Kərgicahan qəsəbəsi, Kosalar kəndi, CəmilH kəndi, Meşəli kəndi. müqəddəsləşdirib.

Coğrafi mövqeyi
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

İqtisadi xarakteristikası
Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər istehsal edən zavod, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq fabriki, tikiş fabrikləri var idi.

Tarixi və mədəniyyət abidələri
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidə. XIX əsrdə aşkar edilmişdir. Daş qutu və kurqanlardan ibarətdir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, niz əvə ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiritsanlıq var. Burada 1400-cü illərə aid yazısı olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbiristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağnın otağı"tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazsində - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.

Xocalı rayonu 26 fevral 1992-ci ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2011-11-15 16:51 GMT                 

Leroy



Security
Mesaj Sayı : 362
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   6  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


ALLAH sehidlerimize Rehmet , Ermenilere Lenet Elesin ! AMIN

No Pain , No Gain !
Anti-armenia.ORG