Anti-armenia.ORG - Forumlar - KƏLBƏCƏR RAYONU



Istifadəçi
    2011-11-15 13:15 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


KƏLBƏCƏR RAYONU


http://anti-armenia.org/pix/kelbecer_b.jpg


Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir.

Ərazisi - 1936 km2
Əhalisinin sayı - 53962
İnzibati mərkəzi - Kəlbəcər


Qəsəbələr, kəndlər
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Ləmbəran ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılmclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarh, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli. Günəşli.

Coğrafi mövqeyi
Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir.Laçın, Ağdərə, Goranboy, Xanlar, Daşkəsən rayonları və Ermənistan Respublikasıyla həmsərhəddir.Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir.. Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.

İqtisadi xarakteristikası
Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.İri və orta müəssisələrin sayı 140;Məktəbəqədər uşaq müəssisələrinin sayı 90;Ümumtəhsil məktəblərinin sayı 115;Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 1;Xəstəxanalar və tibb müəssisələrinin sayı 10. 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərirdi. Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri - İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu fəaliyyət göstərmişdir. 1980-ci ildən sonra rayon əsl tikinti meydançasına çevrilmişdir. Tikinti işləri aparmaq üçün yeni tikinti idarələri (50,51, 52, 53,54 saylı), "Aqrotikinti" birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi.
Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəmiş, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi. Rayon əhalisinin şəxsi təsərrüfatlarında 11841 baş iri buynuzlu, 103481 baş xırda buynuzlu heyvanlar vardı. Şəxsi təsərrüfatlarda1551 baş arı ailəsi vardı.

Tarixi və mədəniyyət abidələri
Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri respublikanın bir çox tədqiqatçı alimləri ilə yanaşı mərhum akademik Mirəli Qaşqay tərəfindən öyrənilmişdir. Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.
1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olmuşdur.

Tanınmış şəxslər
Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır.
Onlardan:
Əmiraslanov Yusif Əbülfət oğlu - Moskva A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun professoru, tibb elmlər doktoru.
Həsənov Eldar Hümbət oğlu - hüquq elmləri doktoru, general-leytenant, Azərbaycanın Rumıniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
Hacıyev Çingiz Məhəmməd oğlu - İstanbul Texniki Universitetinin professoru, texnika elmləri doktoru.
Qasımov Cəlal Cəlil oğlu - Slovakiya Respublikası Bratislava Texniki Universitetinin professoru, texnika elmləri doktoru.
Abbasov Fəxrəddin Nəcəf oğlu - Sankt-Peterburq Universitetinin dosenti, elmlər namizədi, polkovnik.
Ramazanov Eldar Babaxan oğlu - Tunis Ali Milli Mühəndislik Məktəbinin professoru, texnika elmləri doktoru.
Əbülhəsənov Ramiz Əli oğlu - Moskva Ürək-damar Cərrahiyyə Klinikasının cərrahı, tibb elmləri doktoru.
Həbibov Sabir Qaçay oğlu - Moskva 79-cu Klinik Xəstəxanada Ensiklopedik cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru.
Nəsib Nəbioğlu - Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Turizm Şurasının məsul katibi.
Əliyev Şikar Abbas oğlu - kənd təsərrüfatı elmləri doktoru.
Əsgərov Şahlar Qaçay oğlu - BDU-nin professoru, fizika-riyaziyyat elmləri doktoru.
Quliyev Sabir Əli oğlu - texnika elmləri doktoru.
Mirzəyev Əli Sarı oğlu - filologiya elmləri doktoru.
Əhmədov Yusif Kərəm oğlu - professor.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2011-11-15 16:55 GMT                 

Leroy



Security
Mesaj Sayı : 362
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   6  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Soz yox.. Ermeni Fashizminin Subutu

No Pain , No Gain !
Anti-armenia.ORG
    

Istifadəçi
    2011-11-15 16:55 GMT                 

TheScream



Banned
Mesaj Sayı : 122
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş : 25
Mesaj :

Mövzunu Paylaş!


Namussuz adamlardida..
hele ermeni deyende soyuw kimi bawa duwulur

Anti-armenia.ORG