Anti-armenia.ORG - Forumlar - HACKER, CRACKER, LAMER anlayışı



Istifadəçi
    2012-02-08 17:57 GMT                 

DENiM



Banned
Mesaj Sayı : 87
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş : 35
Mesaj :

Mövzunu Paylaş!


İlk öncə nəzəri başlanğıc kimi "HAKER" sözünün tərcüməsinə baxaq. İngilis dilindən dünyaya yayılan və əsli "HACKER" olan bu sözün lüğəvi olaraq müxtəlif tərcümələri mövcuddur. Belə ki, kimlərə görə yüksək proqramlaşdırma biliyinə sahib olan bir insan, kimlərə görə kiminsə kompüterinə, yaxud sisteminə daxil olaraq oradan məlumatları oğurlamağa çalışan şəxs, kimlərə görə isə başqasının bazasına daxil olub məlumatları oğurlamağa, korlamağa çalışan bir insandır.
Bundan başqa kraker (CRACKER) var ki, bunlar müsbət niyyətli xaker sayıla bilər. Bunları zədələnmiş məlumatları bərpa etməklə məşğul olan proqramistlər də adlandırmaq olar.

"The New Hacker's Dictionary"nin müəllifi olan Eric Raymondun fikrincə "yaxşı hak" proqramlaşdırmada hər hansı bir problemin həlli üçün optimum yol, "hak etmək" isə bu yolun icra edilməsidir. Raymondun fikrincə hakerlərə aşağıdakı özəlliklər aiddir:
Proqramlaşdırma dillərinin yaxud sistemin incəliklərini öyrənməyi sevən insan;
Proqramlaşdırmanın nəzəriyyəsindən çox tətbiqinə yönələn insan;
Başqasının hak etməsindən qoruna bilən insan;
Proqramlaşdırmanın problemlərini çox sürətli həll edən insan;
Müəyyən proqramlaşdırma sahəsində, yaxud sistemdə (Unix hakerləri kimi) mütəxəssis olan insan.
İlk dəfə paylaşımı başladan ARPAnet mütəxəsissləri, internet qurucuları, Unix əməliyyat sistemini bu gün bildiyimiz səviyyəyə gətirənlər, Usenet-i çalışdıranlar, World Wibe Web-i işlək saxlayanların hamısı haker sayılır.

Hakerlərin məqsədi nədir ?

Heç bir haker "mən haker olacam" deyib yola çıxmır. Hər bir hakerin həyatına nəzər salsaq görərik ki, onlar hamısı uzun zaman çalışmalarının nəticəsini, bəhrəsini görürlər. Bir zaman baxırlar ki, hakerdilər və geri dönüşü olmayan bir yola giriblər. Onlar üçün ən böyük əyləncə qanunsuz olaraq bəyənmədikləri sistemlərin zəif nöqtəsini tapıb oraya daxil olaraq öz izlərini qoymaqdır.

Hakerlər bir az eqoist ourlar. Çoxları hakerlərin gizli qalmaq istədiklərinə inanır. Amma bu heç də belə deyil. Əlbəttə heç bir haker işindən sonra ünvanını, telefon nömrəsini və s. yerləşdirməz. Amma hakerlər aləmində də tanınmaq və ad-san sahibi olmaq hər bir haker üçün əvəzolunmaz nailiyyətdir. Odur ki, hakerlər aləmində hər bir hakerin öz ləqəbi mövcuddur. Əsasən hakerlər çökdürdükləri sistemdə öz ləqəblərini həkk edirlər.

Lamer kimdir ?

Hakerlərin arasında bir təxəllüs var: "lamer" və bu heç də yaxşı niyyətlə söylənmir. Haker olmaq istəyən və hələ öyrənmə mərhələsində olan, amma buna baxmayaraq öz yaxın çevrəsində özünü çox güclü haker kimi tanıdan və uğursuz cəhdlər göstərənlərə lamer deyilir. Bildiyiniz kimi bir çox haker qrupları mövcuddur. Əgər bir haker qrupundan digər qrupun vəziyyətini soruşsanız "onlar lamerdi" kimi sözlər eşidə bilərsiniz.
hacker vs lamer
Haker və lamerləri bir-birindən fəqrləndirmək heç də çətin deyil. Bunun üçün haker olduğunu iddia edən şəxsə aşağıda sizə təqdim etdiyim sualları verməyiniz və bunlara verdiyi cavablara baxmağınız kifayətdir. Əgər düşünmədən çox sürətli cavablandırırsa, onda siz bir hakerlə danışırsınız. Yox əgər suallardan qaçır və cavablamaq istəmirsə o zaman bir lamerlə danışırsınız.

Müsahibiniz əgər bir hakerdisə ən azı aşağıdakı bilgilərə sahib olmalıdır.

Sayt proqramlaşdırma dilləri: HTML, Java, Php, Asp, Cgi, Mysql, DB
Dizayn proqramları: Flash, Adobe, Frontpage, Dreamweaver
Proqramlaşdırma dilləri: C++, Delphi, C, Visual Basic, Basic
Əməliyyat sistemləri: Linux, Windows
Əlavə olaraq hakerlər "Exploit" istifadə etməyi bacarmalı və ən azı Exploit yaza biləcək qabiliyyətə sahib olmalıdır. Ancaq sizinlə danışan şəxsin hakerlik kimi bir iddiası yoxdursa belə insanlara mütəxəssis demək olar və hörmətlə yanaşılmalıdır. Bu insanlar spesifik bir sahəni yaxşı bilirlər və haker olduqlarını da iddia etmirlər; bunlar nə hakerdir, nə də lamer.








[center][URL=ureksen.az][IMG]http://anti-armenia.org/skins/azhack/img/banner.png[/IMG][/URL][/center]


Müəllif özüm: Ctrl+C - Ctrl+V

Anti-armenia.ORG
    

Istifadəçi
    2012-02-11 10:56 GMT                 

Avatar Fearless



VIP
Mesaj Sayı : 1299
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   23  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Gävle
Ölkə :
Məslək : Hacker,Defacer,Programmer
Yaş : 26
Mesaj :

Mövzunu Paylaş!


Təşəkkürlər Məlumata Görə Artıq İstifadəçilərdə Hack-lerliyin necə çətin olduğunu anlayıblar ! 1 daha təşəkkür

http://s017.radikal.ru/i404/1202/c6/a2947080a3c4.png
Anti-armenia.ORG