Əziz istifadəçilər bəzən olurki Azərbaycan saytlarında ən əsasda dövlət saytlarında bəzi açıqlar , təhlükəsizlik boşluqları mövcud olur. Açığı tapan şəxs ilk növbədə həmin sayt adminini email vasitəsilə xəbərdar edir.Ama xebərdar edilməsinə baxmayaraq görürük ki həmin saytlarda açıqlar hələdə mövcuddur. Bu zaman bizdə sayt admininin onu görməsi üçün həmin saytın indexinə xəbərdaredici məlumat yazırıq ki admin bəlkə sayta (loru dillə desək) əlgəzdirə.. (amma oda çıxış yolu deyil əksinə cinayətdir)
Bəzən isə elə olurki hansısa dövlət saytında açıqlar olur biz onu bildirməyə qorxuruq və ya çəkinirik ki durduq yerdə işə düşərik və s... Ama əksinə biz heçnədən qorxmalı vəya çəkinməli deyilik o açığı vaxtikən adminlərə bildirmək lazımdır ki, həmin açıq başqalarının əlinə keçə bilər və nəticədə 1sayt yox ümumilikdə serverdə olan bütün saytlara ziyan dəyə bilər.
Bütün bunları nəzərə alaraq bizdə Anti-armenia Team olaraq, ən əsası Azərbaycanlı olaraq sizlərin köməkliyi ilə bu sahədə vasitəçi rolunu oynamaq sayt açığı olan sayt adminlərin vaxtında xəbərdar etməyi özümüzə borc bildik. Sizlərdən gələn məlumatların anonimliyinə 100% zəmanət veririk, heç çəkinmədən burada mənimlə pm vasitəsilə vəyaxud mail vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Onuda deyimki açığı tapıb bizə bildirən şəxslər ən azından mənim tərəfimdən qiymətləndiriləcəkdir!
Kimlərki bizə köməklik edirsə Allah o insanlardan razı olsun.
Bizim əsas məqsədimiz saytlarda olan təhlükəni vaxtında aşgarlayaraq qarşısını almaqdır.
1daha hərkəsə təşəkkürümü bildirirəm. Sayənizdə bəzi saytlarda olan təhlükələrin qarşısı alndı, ama hələdə açıqların olduğunu bilirəm və sizlərində bu sahədə adminlərə kömək üçün yaxından iştirak etməyinizi ən azından vaxtında burada xəbərdar etməyinizi xahiş edirəm. PM-lərinizi gözləyirəm.
Mövzuya görə təşəkkürlər... Sözün düzü hackerlik bacarığım yoxdur... ancaq nəinki dövlət saytlarını, boş vaxtlarında 1-2 adi saytın da açıqlarını görüb xəbər eləsələr yaxşı olar... day 2 günlük saytı vurub mirroruna (bax) salmağı yaxşı olmaz...
Sizlərə də uğurlar... İnşallah hər bir işiniz kimi bu işiniz də uğurlu olar...