Istifadəçi |
2012-02-27 18:29 GMT |
|
|
|
İstifadəçi |
|
Mesaj Sayı : 93 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 1 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : вα∂ ѕ¢нωαℓвα¢н |
Ölkə : |
Məslək : ιηƒσямαтιє ∂ιєνєη |
Yaş : 36 |
Mesaj : |
|
Salam bir çoxumuz hackinglə məşquluq və ona dərin maraqla həvəslə yanaşırıq. Ama bu hackingin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinidə bilməyimizin gərəkli olduğunu düşünürəm və sizində bu məlumata Sahib olmağınızı istərdim.
Maddə 271. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma
271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan informasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin, və ya onlarıın şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.2. Eyni əməllər:
271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, yaxud elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;
271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə - şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
|
Anti-armenia.ORG |
|