Maddə 272. Elektron-hesablayıcı maşınlar üçün ziyanverici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma
271.1.İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya edilməsinə və ya surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozumasına səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın daşıyıcılardan istifadə etmə və ya onları yayma - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan məhum etmə ilə cəzalandırılır.
272.2.Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.