1.Əvvəlcə sizə bir şəkil lazım olacaq. Mən aşağıdakı şəkili seçmişəm.
2.İndi şəkilin qıraqlarını kəsək. (Amma qeyri-adi üsulla). Crop Tool seçin və eyni zamanda Alt+Shift düymələrini saxlayaraq balaca kvadratı küncə-şəkilin sərhəddinnən kənara dartın.
3.Şəkil olan layın altından yeni lay yaradın və onu ağ rəngləyin. Sonra bu layları birləşdirin. (Ctrl+E). Belə bir şəkil alınacaq.
[img]http://s019.radikal.ru/i641/1203/59/f8c6110e400b.jpg
[/img]
4.İndi isə kölgə üçün lay yaradaq. Şəkili seçin (Ctrl+A). Yeni lay yaradın. Onu qara rəngləyin və adını «Shadow» qoyun.
5.Sonra şəkili ümumi böyüdək. Yenə də Crop-dan istifadə edək. Alt və Shift eyni zamanda saxlayaraq bayaqki kimi kiçik kvadratı şəkildən kənara çıxardın. Təxmini məndəki kimi alınmalıdı.
6.İndi şəkli saat əgrəbi istiqamətində 900 fırladaq. Image > Rotate Canvas > 90° CW
7.Filter > Distort > Shear daxil olun və şəkildəki parametirləri təyin edin.
8.Şəkili əvvəlki vəziyyətə qaytaraq Image > Rotate Canvas > 90° CCW.
9.Daha sonra "Shadow" layını bir az yaymaq lazımdı ki, o daha çox kölgəyə oxşasın. Filter > Blur > Gaussian Blur. Dərəcəni isə 7.5 təyin edin.
10."Shadow" layının şəffaflığını (opacity) isə 60% eliyin.
11.Şəkili real etmək üçün onun üzərinə işıq şüasını yerləşdirək. Bunun üçün yüni lay yaradın. Onu bütün laylardan yuxarı yerləşdirin. Şəkildəki kimi bir hissə seçin və bulanıq ağ fırça ilə rəngləyin.
12.Layın şəffaflığını 50% təyin edin.
13.Seçimi yığışdırın (Ctrl+D).
14.Axırda Free Transform Tool (Ctrl+T) istifadə edərək şəkili bir az yana fırladın.