Sayt yığmaqı öyrənmək üçün sizdən 3 şey tələb olunur:
1) Səbr
2) Həvəs
3) Vaxt
HTML proqramlaşdırma dili deyil. HTML səhifədə məlumata görə cavabdeh olan dildi. Hər qovluqun əsas html faylı "index" adını götürür.
QEYD: Dərslər əsnasında təqdim olunacaq bütün videolar alıntıdır.
Teq brauzerin bizim yazdığımız kodu düzgün anlaması və istifadəçiyə düzgün göstərilməsi üçün lazım olan sözdür. Hər teqin öz attributları olur. Yəni parametrləri. Bu videoda ilk HTML səhifəmizi quracayıq.
İlk Oncəki Video:https://anti-armenia.org/forums.php?m=posts&q=28388
QEYD: Dərslər əsnasında təqdim olunacaq bütün videolar alıntıdır.
Bu gün biz HTML-də p, span, strong, b, i, em teqlərindən istifadə edərək mətn üzərində işləməyi, sözləri və cümlələri başlıq kimi qeyd eləməyi və s. öyrənəcəyik.
HTML-də siyahılar üçün UL və OL teqləri mövcuddur.
UL teqi "Unordered List" sözündən əmələ gəlib və tərcümədə "nömrələnməmiş siyahı" deməkdir.
OL teqi isə "Ordered List" sözündən yaranıb və "nömrələnmiş siyahı" deməkdir.
Hər iki teqə növ siyahılara bənd əlavə etmək üçün Lİ teqindən istifadə olunur. Lİ teqi "List item" sözündən yaranıb, "siyahının bəndi" deməkdir.
Şəkillər üçün img teqi var. Bu teqin "src" attributunda şəkilin linki verilməlidir.
HTML-də linklər üçün "a" teqi mövcuddur. Bu teqin mütləq attributu "href" adlanır. Saytda faylların yüklənməsi üçün "a" teqində "download" attributu var. Əgər "href" attributuna hər hansısa bir faylın linki verilərsə və həmin "a" teqinə "download" attributu yazılsa , həmin linkə keçdikdə fayl yüklənəcək.
QEYD: Video Alıntıdır
HTML-də cədvəllər qurmaq üçün "table" teqindən istifadə olunur. Cədvələ yeni sətr əlavə etmək üçün "tr" teqi var. Hər "tr" teqində "td" teqi ilə yeni sütun əlavə etmək mümkündü.
Bu gün biz saytda qeydiyyat forması düzəlməyi öyrənəcəyik. Saytda hər növ formalar üçün "form" teqi var. Yazı xanaları üçün isə "input" teqi mövcuddur.
QEYD: Video Alıntıdır
ƏMƏYƏ HÖRMƏT
"label" teqi hər hansısa bir teqin etiketini yaratmaq üçün istifadə olunur. Saytda açılan siyahılar üçün "select" teqi var. Bu siyahının hər bəndi "option" teqinin içində yazılır. Bəndləri qruplaşdırmaq üçün "optgroup" teqi istifadə olunur. İstifadəçidən əvvəl siyahının hər hansısa bir bəndini seçilmiş kimi təyin etmək üçün, "option" teqinə "selected" attributu verilməlidir.
"datalist" teqi ilə yazı xanalarına öncədən təyinatlar verilir. Həmin təyinatların müəyyən yazı xanasına aid olduğunu bildirmək üçün, həmin xanaya "datalist" teqinin "id"-si ilə "list" attributu verilir.
"maxlength" attributu yazı xanasındaki maksimum simvol sayını təyin edir.
Bu gün biz "input" teqinin "type" attributunun təyinatları ilə yaxından tanış olacağıq.
1. button - heç bir iş görməyən düymə yaratmaq üçündür. Bu cür düymələr əsasən javascript ilə idarə etmək üçün yaradılır.
2. checkbox - istifadəçiyə bir neçə seçim təklif etmək üçün istifadə olunur və istifadəçi həmin seçimlərin hər birini seçə bilər.
3. radio - eynilə checkbox kimidir amma bu növləri "name" attirubutu ilə qruplaşdırdıqda istifadəçiyə bir neçə təklif edib və yalnız bir seçim imkanı vermək olar.
4. password - gözə görünməz şifrələr xanası yaratmaq üçün istifadə olunur.
5. file - hər növ fayl yükləmək üçündür.
6. reset - içində yazıldığı formanın bütün xanalarını təmizləmək üçün istifadə olunur.
QEYD: Video Alıntıdır
HTML qovluqunu yükləmək üçün link: https://www.dropbox.com/s/m3nbzp6wsbaalsc/html.zip
Teqlər:
textarea - uzun mətn və ya bir neçə sətir söz yazmaq üçün xana
button - saytda düymələrin yaradılması üçün istifadə olunur. "input" teqindən içində teq yazmaq imkanı ilə fərqlənir
Attributlar:
placeholder - yazı xanası boş olduğu halda görünəcək yazını təyin edir
autofocus - səhifə yeniləndikdən sonra dərhal aktiv olan teqi təyin edir
disabled - hər hansısa bir yazı xanasını və ya düyməni söndürür.
Mahnı əlavə etmək üçün HTML-də "audio" teqi var. Audio teqinin mütləq attributu "src" attributudur. Bu attributda mahnının linki göstərilir.
Videolar üçün "video" teqi vardır.
"audio" və "video" teqlərinin attributları:
autoplay - səhifə açıldıqdan sonra fayl avtomatik işə oxunur.
controls - faylın idarəetmə panelini göstərir
preload - faylı işə düşməmişdən əvvəl yükləyir
loop - fayl bitdikdə yenidən işə düşür
Bu gün öyrəndiyimiz teqlər:
iframe - başqa bir səhifəni öz səhifəmizə yerləşdirmək üçündür
div - bir və ya bir neçə teqi div teqinin içində yazıb sonra isə CSS vasitəsi ilə həmin div teqinin görünüşünü dəyişmək üçün istifadə olunur.
pre - bu teqin içində yazılan hər cümlə yazıldığı kimi istifadəçiyə görünəcək
code - pre teqi kimi əsasən istifadəçiyə proqramlaşdırma kodu nümayiş etmək üçündür, yalnız code teqinin içində yazılan mətn yazıldığı kimi istifadəçiyə görünmür.
Meta teqləri əsasən axtarış sistemlərinə məlumat vermək üçün istifadə edilir.
Link teqi isə əsasən səhifənin tabdaki şəkilini təyin etmək və css fayl qoşmaq üçün istifadə edilir.