Fifa 14-də ingite engine-lə birlikdə mükəmmələ yaxın bir oynanış təqdim etməyi bacaran Fifa seriyası, belə görünür ki, Fifa 15-lə müvəffəqiyyət seriyasına davam edəcək. Oynanışda istədiyi yerə çatan EA Sports artıq görüntü keyfiyyətini yüksəltməyə çalışır. Çox daha yaxşı animasiyalar və görüntü keyfiyyəti ilə çox daha canlı bir oyuna çevrilən Fifa 15-in yeni təqdimat videosuna aşağıdan nəzər sala bilərsiniz.