Istifadəçi |
2014-07-03 20:58 GMT |
|
|
|
Gold |
|
Mesaj Sayı : 718 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 17 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : Anti-armenia.ORG |
Ölkə : |
Məslək : 404 Not Found |
Yaş : 12 |
Mesaj : |
|
"Kaspersky” antivirus laboratoriyasının mütəxəssisləri sirli haker ordusunun Azərbaycan da daxil olmaqla üç ölkəyə hücumunu aşkar edib. Bu barədə laboratoriyanın mütəxəssislərinə istinadən “The Guardian” qəzeti yazıb.
İşin ən müəmmalı və sirli tərəfi ondadır ki, “MiniDuke” adlı hacker qrupu eyni zamanda hökumətlərə və narkotik ticarətçilərinə qarşı ova çıxıb. Mütəxəssislər hakerlərin eyni vaxtda həm dövlət təsisatlarının, həm də narkotik tacirlərinin məlumatlarını oğurladığını üzə çıxarıb.
Bildirilir ki, laboratoriya haker ordusunu ilk dəfə 2013-cü ilin fevralında aşkar edib və onu izləməyə başlayıb. Həmin vaxt “MiniDuke” hackerləri dünyanın bir çox ölkələrinin dövlət təsisatlarının və elmi-tədqiqat institutlarının məlumat bazasına hücumlar edirdi.
Lakin “Kaspersky” laboratoriyasının mütəxəssisləri bu yaxınlarda qrupun fəaliyyətində anomaliya aşkar ediblər. Məlum olub ki, narkotiklərin alqı-satqısı üzrə sövdələşmələrdə iştirak edən şəxslər də “MiniDuke”nin hədəfidir.
Hackerlər tərəfindən istifadə edilən komandanlıq və serverlərin idarəedilməsi mərkəzini izləyən mütəxəssislər qadağan olunmuş vasitələr, o cümlədən steroidlər və hormonların satışı üzrə məlumatların cəmləndiyi baza aşkar ediblər.
“Kaspersky”nin təhlükəsizlik üzrə baş təhqiqatçısı Vitali Kamlyuk həmin narkotik maddələrin adlarını demək istəməyib. Bununla belə bu kəşf V.Kamlyuk və həmkarlarının “MiniDuke” hackerlərinin məqsədləri barədə bəzi ehtimallar irəli sürməsinə imkan yaradıb.
Mütəxəssislər ehtimal edir ki, hakerlər ordusu bir neçə bölmədən ibarət “kiber muzdlular”dan ibarətdir. Onlar müxtəlif qruplara öz xidmətlərini satırlar və ola bilsin ki, onların müştəriləri arasında hüquq-mühafizə orqanları, yaxud rəqib narkomafiyanın fəaliyyətini izləmək istəyən mütəşəkkil cinayətkar qruplaşma yer alır. Həmçinin onlar dövlət təsisatlarına öz xidmətlərini satırlar.
Hackerlərin kim olmasından asılı olmayaraq onlar yüksək şifrələmə standartlarına, məlumat bazalarını sındırmaq üçün yüksək bacarıqlara malikdir. Mütəxəssislər onların fəaliyyətini izləməyin olduqca çətin olduğunu deyirlər.
“Onlar nəinki xüsusi xidmət orqanlarına, dövlət təsisatlarına işləyən hakerlərdən daha çox gizli fəaliyyət göstərən kibercinayətkarlara bənzəyir” - deyə Kamlyuk bildirib.
Mütəxəssis deyib ki, bununla belə haker ordusunun 2014-cü ildə əsas hədəfi dövlət orqanlarıdır. V.Kamlyukun sözlərinə görə, hakerlər qrupunun Ukrayna, Azərbaycan və Yunanıstandan potensial qurbanlara dair informasiyaları toplamaq üçün açıq çıxış kodlu haker alətlərindən istifadə etdiyi qeydə alınıb.
“Onlar elektron poçt məlumatlarından tutmuş, adları, nik adları və bütün digər mümkün məlumatları toplayırlar” - deyə Kamlyuk “Guardian”a müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, hakerlərin ya Şərqi Avropadan, ya Asiyadan hərəkət etdikləri təxmin edilir.
ALINTIDIR
|
Anti-armenia.ORG |
|