Salamlar. Bu mövzuda flaş kartların yaddaşının azalmasını necə aradan qaldıracağımızdan danışacıyıq.Məsəl üçün sizin 16 GB həcmində flaş kartınız var bir müddət sonra kompüterə taxdıqda yaddaşının yalız 8 GB və ya daha az olduğunu görürsünüz dərhal format etməyi düşünürsünüzki yəqin düzələr ) ama düzəlmir elə bu mövzuda bunu necə aradan qaldıracağımızı izah edəcəm. P.S eyni üsul microSD,External HDD və digər yazılıb silinmə izni olan xarici yaddaş disklərinə aiddir!
1. Start menyusundan cmd yazıb Administrator adından açırıq
2. Açılan pəncərədə diskpart yazıb Enter vururuq.
3. Daha sonra LIST disk yazıb Enter vururuq. Burada siz fleşkanızı siyahıdan tapmalısınız fleşkanın yaddaşına əsasən onu tapmaq elədə çətin deyil misalçün məndə 16 GB olduğu üçün listdəki 5 ci disk uyğun gəlir 15 GB dır.
4. Flaşkanızın neçənci olduğunu müəyyən etdikdən sonra (misalçün məndə 5-cidir) SELECT disk=5 yazıb Enter vururuq.
5. Diqqət növbəti addımda biz fleşkamızda olan bütün məlumatları və faylları siləcəyik əyər sizdə nəsə lazımlı fayl varsa əvvəlcədən onu köçürün davam edək burada CLEAN yazıb Enter vururuq.
6. Bizə fleşkanın təmizlənməsi barədə yazı gələcək. Bundan sonra cmd bağlayıb iş masasında kompüter yarlıqının üzərində mousla sağ klik edib "Computer Management" bölməsinə keçirik buradan "Disk Management" klikləyirik və buradan fleş kartımızı seçirik üzərində mousla sağ klik edib "New Simple Volume" seçirik.
7. Və ən sonda qarşımıza fleşkanı formatlayacağımız bir pəncərə açılacaq buradan sizə uyğun FAT32 , NTFS və s. ayarılayıb format edirik və fleş kartımız əvvəlki kimi tam ölçüdə xidmətə hazırdı
SeCuRiTY_Platform ,WOWHACKER buyurun qardaşlar köməyi dəydisə nə xoş Ferid23 dəyməz bundan belə mən elə edəcəm oğurlayıb başqa yerlərdə öz adlarına paylaşım edənlərdə olur.