Anti-armenia.ORG - Forumlar - Anti-armenia Team 7 Yaşında



Istifadəçi
    2018-10-19 07:40 GMT                 

Ferid23



Admin
Mesaj Sayı : 1875
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   45  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : Programmer & Defacer
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Təqvimin 19 oktyabr tarixində Azərbaycanın ilk haker qruplarından biri olan "Anti-armenia Team" qrupunun fəaliyyətə başlamasının 7-ci ildönümü tamamlanmaqdadır.

"Anti-armenia Team" bu yaşına haker qrupu üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də kiberhücum əməliyyatları baxımından yüksək nəticələrə qədəm qoymuşdur.

19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılmış "Anti-armenia Team" qrupu yarandığı gündən əsas hədəfi Azərbaycanın milli maraqlarına zidd olan və ölkəmiz haqqında yanlış fikir formalaşdırmağa çalışan informasiya resurslarına qarşı mübarizə aparmaqdır. Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, vandalizmi, erməni terrorizmini, erməni vəhşiliyini dünya kütləsinə çatdırmaq qrupun fəaliyyət istiqamətidir. Həmçinin, "Anti-armenia Team" qrupu Azərbaycan informasiya resurslarının təhlükəsizliyinin təmini ilə bağlı saytlara təmənnasız xidmət göstərməkdədir.

Müasir dövrdə kiber müharibənin böyük əhəmiyyət kəsb etməsi günümüzün reallığıdır və Kiber müharibənin III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilməkdədir. Bu baxımdan Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edən hər bir informasiya resursunun sıradan çıxarılması, bu resurslara kiber hücumun təşkili qrup üçün mühüm əhəmiyyət kəsb edir. Hətta 2016-cı ildə bir neçə təşkilatlar "Anti-armenia Team" haker qrupunun dövlət tərəfindən dəstəklənməsi təklifi ilə çıxış etmişlər. Qrup fəaliyyət göstərdiyi dövrdə bir çox irimiqyaslı kiber-əməliyyatlar nəticəsində ermənistana məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxarmış, çox mühüm və məxfi informasiyalar əldə etmişdir.

2012-ci ildə keçirilmiş "31 MART" kod adlı əməliyyat zamanı 816 informasiya resursu sıradan çıxarılmış, 2013-cü ildə ermənistanın Daxili İşlər Nazirliyinin informasiya ehtiyatlarına müdaxilə edilərək həmin informasiya ehtiyatlarından nazirliyə məxsus 1.44 GB həcmində məlumat bazası ələ keçirilmiş, ermənistanın mobil operatorlarının abunəçi bazaları, Daxili İşlər Nazirliyinə məxsus ümumvətəndaş pasportlarının bazası, avtomobillərin qeydiyyat nişanlarının bazası, habelə əhalinin qeydiyyat məlumatlarını özündə əks etdirən informasiya bazası qrup tərəfindən ələ keçirilmişdir. 2016-cı ildə keçirilmiş "20 YANVAR" kod adlı əməliyyatda ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı, səfirliklərin, habelə beynəlxalq təşkilatların saytları daxil olmaqla ümumilikdə 47 sayt sıradan çıxarılaraq həmin saytlarda 20 yanvar faciəsilə bağlı informasiya, foto və video materiallar yerləşdirilmişdir. 2016-cı ilin avqust ayında "Anti-armenia Team" tərəfindən keçirilən böyük kiber-əməliyyat nəticəsində düşmənin dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına çox ciddi zərbə endirilərək, həmin qurumlara məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilmiş, düşmən ölkənin Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə kənar müdaxilə edilərək həmin informasiya ehtiyatlarından tam məxfi informasiyalar götürülmüşdür. Əldə olunmuş informasiyalar arasında ermənistana səfər edən xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülmüşdür. 26 iyun 2018-ci il tarixində keçirilmiş geniş miqyaslı kiber hücum nəticəsində "Anti-armenia Team" tərəfindən ermənistan parlamentinin, habelə ermənistanın bütün nazirliklərinin və dövlət təşkilatlarının istifadəsində olan vahid Elektron Sənəd Dövriyyəsi sistemi sıradan çıxarılmışdır. Həmin resurslarda "Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!" sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilmişdir. Qrupun fəaliyyəti sadalanan kiber-hücum əməliyyatlarla bitməməkdədir və "Anti-armenia Team" qrupu hər zaman Azərbaycanın və Azərbaycan xalqının milli mənafeyinə təhlükə ola biləcək informasiya resurslarına qarşı mübarizədə aktiv iştirak etməkdədir.

7 illik uğurlu yol qət edən "Anti-armenia Team" qrupu bundan sonra da Azərbaycan və Azərbaycan xalqının milli mənafeyini qoruyacaq, Azərbaycana qarşı əks mövqe sərgiləyən hər bir fərd və ya təşkilatlarla mübarizə aparacaqdır. Çünki, "Anti-armenia Team" qrupunun fəaliyyəti maraq deyil, şərəf məsələsidir.

7 yaşının tamam olması münasibətilə "Anti-armenia Team" qrupunun idarə heyətini və üzvlərini təbrik edir, çətin, lakin şərəfli işdə onlara müvəfəqiyyətlər arzu edirik! 7 yaşınız mübarək!



http://i.hizliresim.com/nl1NM0.jpg

AZ Domaini İhbar Hattı (Azərbaycan saytlarında olan boşluqları bizə bildirin): http://anti-armenia.org/forums.php?m=posts&q=572
Qaydalar (Saytın qayda-qanunlarını oxuyaraq əməl edin)
Anti-armenia.ORG
    

Istifadəçi
    2018-10-19 14:04 GMT                 

HideHacker



Gold
Mesaj Sayı : 813
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   53  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Target: armenian bitchs
Ölkə :
Məslək : HideHacker
Yaş : 130
Mesaj :

Mövzunu Paylaş!


Təbrikər, Uzun ömürlü olsun.

KARABAKH belongs to AZERBAİJAN!!!
Anti-armenia.ORG
    

Istifadəçi
    2018-10-19 15:28 GMT                 

Xaker olmaq



İstifadəçi
Mesaj Sayı : 52
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Hemse hackerliyinizi davam edin ve azerbaycanin en iyi hackerlerden biri olun axir ki azerbaycanda hacker tapildi yada men gec vildim var azer sizden movzu paylasanda biraz hackerliy baresinde de paylasinsagolun salamat qalin tebrikler 7 yas

Anti-armenia.ORG
    

Istifadəçi
    2018-10-21 10:17 GMT                 

HackW!N



Gold
Mesaj Sayı : 718
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   17  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Anti-armenia.ORG
Ölkə :
Məslək : 404 Not Found
Yaş : 12
Mesaj :

Mövzunu Paylaş!


Hamını Təbrik edirəm !!!

Anti-armenia.ORG
    

Istifadəçi
    2018-10-25 11:15 GMT                 

0rkh4n



Designer
Mesaj Sayı : 1007
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   109  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Baki
Ölkə :
Məslək : 💻
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Təbriklər!! Uğularımız bol olsun...

LIVE FREE OR DIE
Anti-armenia.ORG
    

Istifadəçi
    2018-11-01 19:12 GMT                 

ZamaN



İstifadəçi
Mesaj Sayı : 30
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   1  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər :
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Bizdə təbrik edirik

Anti-armenia.ORG
    

Istifadəçi
    2018-11-01 22:16 GMT                 

BeLLaDiN



İstifadəçi
Mesaj Sayı : 12
Mövzu Sayı :
Rep Ver : 
Rep Sayı :   0  
Indi Saytda : Durum
Cinsiyyət : Oğlan
Şəhər : Bakı
Ölkə :
Məslək :
Yaş :
Mesaj :

Mövzunu Paylaş!


Təbriklər Uzun Ömürlü olsun )

Anti-armenia.ORG